Avroliqa qrup mərhələsinin V turuna sabah start veriləcək.
Suveren.az xəbər verir ki, Avroliqanın qrup mərhələsinin V turunda “Qarabağ” “Sportinq”i qəbul edəcək.
Oyundan öncə keçirilən mətbuat konfransında qonaq komandanın hollandiyalı baş məşqçisi Marsel Keyzer görüş barəsində fikirlərini açıqlayıb:
“Bura qələbə üçün gəlmişik. Təbii ki, bu bizim üçün asan olmayacaq. Lakin bunun üçün komandam əlindən gələni edəcək. Artıq üç həftədir ki, komandanın başındayam. Zaman keçdikcə, komandaya daha çox öyrəşirəm. Hər keçən gün daha yaxşı komanda olmaq üçün çalışırıq. Oyunçularımda kifayət qədər ruh yüksəkliyi var”.
M. Keyzer “Sportinq”in sabahkı oyuna çox yaxşı hazırlaşdığını bildirib.
“Oyunçularımla fərdi söhbət etməyi xoşlamıram. Onlarla kollektiv şəkildə danışıb oyunun əhəmiyyətini demişəm. “Qarabağ” çox gözəl, modern futbol oynayır. Rəqibin üç oyununu izləmişəm. Əks-hücum komponentlərində yaxşı komandadır, topla yaxşı rəftar edir. “Qarabağ” haqda eşitmişəm. Ölkənizə ilk dəfədir gəlirəm. Bura xoşuma gəlir”, - deyə o vurğulayıb.
“Sportinq”in baş məşqçisindən “Qarabağ”la bağlı önəmli açıqlama