Rusiya 3 Ukrayna dənizçisini həbs etdi

27/11/2018 - 19:36 15 061 0   0  

Simferopolun Kiyev rayon məhkəməsi Kerç boğazında ələ keçirilən 3 Ukrayna dənizçisi haqqında həbs qərarı çıxarıb.

Suveren.az “RİA Novosti”yə istinadən xəbər verir ki, onlar Rusiyanın dövlət sərhədlərini pozduqları üçün 2019-cu il yanvarın 25-dək nəzarətdə saxlanılacaqlar.

Hakim Andrey Dolqopolov dənizçilər – Yuri Budzılo,Vladimir Tereşenko, Vladimir Varimezin 2 ay müddətinə həbs edildiklərini, daha 12 nəfər haqqında isə ehtiyat tədbirləri görüldüyünü açıqlayıb.

Qeyd edək ki, Ukraynanın 3 hərbi gəmisində olan 24 dənizçi Rusiya həbsindədir.