Odessada polis məhkəmə zalında dava edən 49 nəfəri saxlayıb

24/11/2018 - 08:25 10 471 0   0  

Ukraynanın Odessa vilayətinin Primorsk rayonunun məhkəmə zalında kütləvi dava olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə vilayət polisinin mətbuat ximəti məlumat yayıb.
Məlumata görə, qarşıdurma məhkəmə prosesindəki qruplaşmalar arasında baş verib. Bildirilir ki, fikir ayrılıqları əmlak maraqları zəminində, yerli sahibkarların istirahət bazaları ilə bağlı hüquqları üstündə baş verib.
Polis davada iştirak edən 49 nəfəri saxlayıb.