Paşinyan məşhur terrorçuya vətəndaşlıq verdi

23/11/2018 - 10:24 2 221 0   0  

Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan məşhur erməni terrorçu Jirayr Səfilyana Ermənistan vətəndaşlığı verib.

Suveren.az Axar.az-a istinaden xəbər verir ki, bu məlumatı Paşinyan öz Feysbuk səhifəsində paylaşıb.
“Dünən Jirayr Səfilyana Ermənistan vətəndaşlığının verilməsiylə bağlı bütün sənədləri imzaladım. Qərar Ermənistan prezidentinin onu təsdiqləməsindən sonra qüvvəyə minəcək”, – deyə o bildirib.
Qeyd edək ki, Səfilyan əslən Livan ermənisidir. O, gəncliyini Beyrutda keçirib, Livandakı Daşnaksütyun Partiyasının fəal üzvlərindən biri olub. 1990-cı ildə Ermənistana hərbi təlimçi kimi gəlib və Qarabağda Azərbaycana qarşı döyüşlərdə iştirak edib. Səfilyan Şuşa, Ağdam, Kəlbəcərin işğalında yaxından iştirak edib.
Səfilyanın rəhbərliyi altında olan şəxslər 2016-cı ildə Ermənistanda polis idarəsini zəbt edərək, onun azadlığa buraxılmasını tələb ediblər.
Səfilyan hazırda Sasna Çrer Partiyasının rəhbəridir.