NATO öz mövcudluğunu dayandıracaq və... - Bütün dünyanın SİLKƏLƏYƏCƏK ADDIM

20/11/2018 - 15:44 2 302 0   0  

Fransa və Almaniya liderləri Avropanın vahid ordusunun yaradılması üçün bəyanatla çıxış etdilər. Əvvəlcə fransız lider Emmanuel Makron elan etdi ki, vahid ordu Avropaya Çin, Rusiya və ABŞ-dan müdafiə üçün lazımdır. Onu Almaniya kansleri Angel Merkel dəstəklədi.

Rusiya prezidenti Vladimir Putin bu addımı “tamamilə təbii” adlandırdı: “Düşünürəm ki, bu, dünyada çoxqütblüyün möhkəmləndirilməsi nöqteyi-nəzərindən müsbət prosesdir”.
Təbii ki, Avropanın vahid ordusu ideyası birqütblüyün tərəfdarı olan Amerikanın ürəyincə olmadı. Tramp Makronun sözlərinə sərt reaksiya verdi. ABŞ lideri xatırlatdı ki, birinci və ikinci dünya müharibələrinin səbəbkarı məhz Almaniya olub.
“ABŞ gəlməsəydi, Parisdə alman dilini öyrənməyə başlamışdılar”, - Tramp söyləyib.
Hərbi ekspert, “Vətən arsenalı” jurnalının baş redaktoru Viktor Muraxovskiyin sözlərinə görə, Trampın prezident seçilməsindən sonra NATO-da vəziyyət kəskin dəyişib.
“Vaşinqton ittifaqın əvvəlki həcmlərdə maliyyələşdirilməsini dayandırır, əlavə xərclər Avropa ölkələrinin büdcələrinin üzərinə düşür. Bu halda, NATO ilk növbədə Vaşinqtonun maraqlarına xidmət edir”, - o deyib.
İictimai Tətbiqi Problemlərin Öyrənilməsi Mərkəzinin rəhbəri Aleksandr Jılin isə hesab edir ki, Avropada vahid ordunun yaradılması ideyası sağ qalma məsələsidir:
“Vahid ordunun yaradılması ideyasının Trampın orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxacaqlarını elan etməsindən sonra yenidən gündəm gəlməsi təsadüf deyil. Onlar hesab edirlər ki, rus raketləri Avropanı təhlükə altına qoyacaq. Bu gün axmağa da aydındır ki, Rusiya heç kəsi təhdid etmir”, - Aleksandr Jılin əmindir.
Ekspert hesab edir ki, Avropa ordusunun yaradılması halında, NATO-nun özünün mövcudluğu haqqında məsələ qalxacaq:
“Bu blok qorxunc bürokratik struktura çevrilib. Bu, kilsə vəzifəsidir. Avropanın vahid ordusu ehtimal ki, NATO-nun qəbirqazanı olacaq”.
Viktor Muraxovskiy yaradılacağı halda, Avropanın vahid ordusunu Rusiya üçün təhdid olmayacağını bildirib:
“Avropa İttifaqında hərbi qulluqçuların ümumi sayı təxminən 1,5 milyon insandır. Rusiyada isə təxminən 1 milyondur, hərçənd bizim səfərbər resursumuz 31 milyon insan qiymətləndirilir. Ancaq Avropa ordusu ehtimal ki, konkret ölkələrin ayrı bölmələrindən komplektləşdiriləcək. Onlarda ştab strukturları var. Vahid ordunun formalaşması halında, onlara briqadalar, diviziyalar və hava eskadronlarını inkişaf etdirmək lazım olacaq. Bu ideya 1950-ci illərdən davam edir. Almaniya ənənəvi olaraq Fransanı dəstəkləyir, amma məlum tarixi səbəblərə görə təşəbbüsçü olmağa qorxur. Bu ideyanı İspaniya, Belçika, Danimarka və Niderland dəstəkləyir, Böyük Britaniya və Polşa isə qarşı çıxır”.