Ukrayna İnterpoldan çıxa bilər

19/11/2018 - 20:29 32 131 0   0  

Ukrayna İnterpola üzvlüyünü dayandırmaq niyyətindədir.

Suveren.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov deyib. O bildirib ki, əgər rusiyalı Aleksandr Prokopçuk İnterpola rəhbər seçilərsə, ölkəsi üzvlükdən imtina edəcək.

Qeyd edək ki, İnterpola prezident seçkisi noyabrın 21-də keçiriləcək. İnterpolun əvvəlki prezidenti Men Hunvey korrupsiyada ittiham olunaraq Çində həbs edilib. Hunvey təşkilatın rəhbəri vəzifəsindən istefaya göndərilib.