Ukraynada erməni nazirin həbsi tələb edildi

17/11/2018 - 22:13 27 064 0   0  

Ukraynanın daxili işlər naziri Arsen Avakovun malikanəsinin qarşısında toplaşan fəallar onun istefasını tələb ediblər.

Suveren.az yerli KİV-ə istinadən bildirir ki, buna səbəb qətl hadisələrinin üstünün açılmaması və ictimai fəallara edilən hücumlardır.

“Avakov, çıx get!” aksiyasının iştirakçıları onun malikanəsinin hasarında müxtəlif sözlər yazıblar və nazirə ünvanlanan plakatlar (“Pavel Şeremeti kim öldürdü?”, “Katya Qandzyukun qətlini kim sifariş etdi?”, “Oğru”, “Zibil”) asıblar.

Ukrayna DİN rəhbərinin fəaliyyətindən narazı kütlə “Avakov, istefa ver!”, “Avakov həbs edilsin!” şüarları səsləndiriblər.