Məhkəmə jurnalisti haqlı hesab etdi – TRAMP uduzdu

16/11/2018 - 22:53 12 229 0   0  

Vaşinqton məhkəməsi CNN telekanalının jurnalisti Cim Akostanın Ağ Evə akkreditasiyasının bərpa olunmasına qərar verib.

Suveren.az-ın “Assosiated Press”ə istinadən məlumatına görə, məhkəmənin qərarında jurnalistin bu hüququnun “dərhal” bərpası göstərilib.

Xatırladaq ki, Akostanın akkreditasiyası onun mətbuat konfransında prezident Donald Trampa ardıcıl bir neçə sual verməsindən sonra ləğv edilmiş və o, Ağ Evdən qovulmuşdu. CNN isə buna cavab olaraq Trampı məhkəməyə vermişdi.