Səudiyyədən etiraf - "Böyük xəta idi"

15/11/2018 - 19:15 26 881 0   0  

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil el-Cubeyr ilk dəfə jurnalist Camal Qaşıqçının qətlilə bağlı açıqlama verib.

Nazir "Qaşıqçının öldürülməsinin böyük cinayət və xəta olduğunu qəbul edirik", deyə bildirib.

Adil el-Cubeyr məsələnin artıq hüquqi xarakter daşıdığını və siyasiləşməsinin əleyhinə olduğunu bildirib.

Qeyd edək ki, tanınmış səudiyyəli jurnalist, "Washington Post"un əməkdaşı Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında qətlə yetirilib. Türkiyənin Baş Prokurorluğu istintaqın yekunlarına əsasən belə qənaətə gəlib ki, jurnalist planlaşdırılmış qətlin qurbanı olub

Qaşıqçı diplomatik missiyanın binasına girəndən dərhal sonra boğulub. Qatillər daha sonra jurnalistin cəsədini parçalayıblar.