Nobel mükafatçısı olan fransız virusoloqdan AÇIQLAMA: "Covid-19 laboratoriyada yaradıldı"

18/04/2020 - 00:10 12 670 0   0  

2008-ci ildə Nobel mükafatı alan fransız virusoloq  Luc Montagnier yeni tip koronovirusun (Kovid-19) Çinin Vuhan şəhərindəki bir laboratoriyada yaradıldığını irəli sürdü.

Suveren.az "Independent" nəşrinə istinadla bu barədə bildirir. Montagnier, "Pourquoi docteur" internet saytına verdiyi müsahibədə, Kovid-19-un Vuhanda heyvan bazarından ortaya çıxdığına inanmadığını bildirdi.

“Kovis-19, Vuhandakı laboratoriyada meydana gətirildi. Bu laboratoriya, 2000-ci illərdən bəri koronovirus sahəsində ixtisaslaşdı”, ifadələrini işlədən Montagnier, bu mövzunu yaxşı araşdırdığını vurğuladı.

Montagnier, CNEWS kanalında verdiyi açıqlamada, “Bu virus təbii yollarla ortaya çıxmadı, əksinə tam professional bir işdir. Bunun hansı məqsədlə edildiyini bilmirəm” ifadələrini işlətdi. Kovid-19-da QİÇS tərkibinin ola biləcəyini deyən Montagnier, “Ola bilər ki, QİÇS-ə qarşı peyvənd tapılması üçün işlər aparılarkən bu virus ortaya çıxıb”.