Şəhər yollarının, səkilərinin vəziyyəti onun haqqında ilkin təəssüratların yaranmasına səbəb olur. Belə baxanda, hər şey paytaxt sakinləri üçün edilir. Lakin...
Suveren.az oxu.az-a istinadən xəbər verir ki, Nəsimi rayonunda Bakıxanov və Mirəli Qaşqay küçələrinin kəsişməsində əlil oturacaqları və arabalarının səkidən yola endirilməsi üçün müvafiq işlər görülür. Baku TV-nin çəkdiyi videodan göründüyü kimi işlər bütün təhlükəsizlik, gigiyena normalarının və adi qaydaların pozulması ilə aparılır.
İşlərin aparıldığı ərazi çəpərlənməyib, işlər zamanı yaranan qatı toz ətrafdakı ərazini çirkləndirir, oradan keçən vətəndaşlar onu udmaq məcburiyyətindədir.
Ərazidə təmir işlərinin aparılması haqqında xəbərdarlıq lövhəsinin vurulmaması ilə yanaşı, işlər kənarda deyil, məhz bilavasitə yolda – həm səkidə, həm də hərəkət zolağında aparılır və təkcə avtomobillərin deyil, həm də piyadaların hərəkətini çətinləşdirir.
Biz, təmir işləri aparanların və onların müdirinin öz işinə belə qeyri-peşəkar münasibətinin səbəbini öyrənməyə çalışdıq, lakin onlar cavab verməkdən boyun qaçıraraq, yalnız onu bildirdilər ki, bu ərazidə aparılan təmir işləri yaxın günlərdə yekunlaşacaq.
Bununla əlaqədar Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevlə əlaqə saxladıq:
“Durumu araşdırdıq. Qeyd edim ki, bu, podratçı tərəfindən buraxılan səhvdir və onun aradan qaldırılması məqsədi ilə tədbirlər görüləcək. Bakı Nəqliyyat Agentliyinin əsas məqsədlərindən biri yol hərəkəti iştirakçılarının hərəkəti üçün əlverişli şərait yaratmaqdır. Əlbəttə ki, bu vəziyyət bizi də qane etmir”, - deyə M. Ağayev bildirib.
Niyə küçələrin təmiri normaların pozulması ilə aparılır? – VİDEO