Bir ilə yaxındır dünya mediasında adı ən çox hallandırılan, barəsində ən çox yazılan üç ölkədən biri də Səudiyyə Ərəbistanıdır.
Digər ikisi ənənəvi olaraq ABŞ və Rusiyadır. Çin, İngiltərə, Almaniya və Fransa kimi “məşhur” ölkələr də, şəkk-şübhəsiz, Səudiyyə Ərəbistanından sonra gəlir.
Səudiyyə Ərəbistanı illərdir ki, bu populyarlığa doğru yol gəlir, bu istiqamətdə milyardlar xərcləyirdi, başqa-başqa dövlətlərin daxilində məzhəb davası salmaq, öz ideoloji xəttinə çoxsaylı tərəfdarlar toplamaq siyasəti yeridirdi.
Ancaq bu ölkənin populyarlıq partlayışı kral Salmanın öz şahzadə oğlunu özünə vəliəhd təyin etməsindən sonra baş verdi.
Məhəmməd bin Salman vəliəhd şahzadə, başqa sözlə, səlahiyyətli vitse-prezident postuna gəldi, nə gəldi...
Onun ilk qərarları dünyada az qala inqilabi islahatçılıq kimi qələmə verilirdi. Şahzadənin cəsarətli çıxışlarında yeniliyə çağırışlar, qatı mühafizəkarlıqdan imtinaya eyhamlar vardı.
O, qadınlara bir sıra haqlar, o cümlədən sürücülük hüququnun verilməsini məqsədəuyğun sayırdı.
Mədəni dünyada azı 100 il əvvəl insanlara verilmiş bəzi haqların Səudiyyədə hələ indi-indi müzakirə predmeti olması “böyük irəliləyiş” kimi qəbul olunurdu.
Fəqət bu “islahatçılığın” ardınca ər-Riyaddan repressiya xəbərləri gəldi. Vəliəhd şahzadənin əmri ilə bir sıra milyarder şahzadələr həbsə alınmış, girov götürülmüşdülər.
Tezliklə, şahzadənin öz əmisiuşağından nə tələb etdiyi açıqlandı: milyardlar və sözsüz biət.
Tarixdən bilirsiniz, ərəb dünyasında biətin, qeyd-şərtsiz itaət göstərməyin önəmi böyükdür. İtaət etməmək, müxalif olmaq müharibə, qətliam, edam səbəbidir.
Həbsə alınan şahzadələrlə yanaşı, xaricdən qara xəbərləri gələn şahzadələr də oldu. Amma bu barədə çox danışılmadı, hamının nəzəri girov götürülmüş şahzadələrə fokuslaşmışdı.
Bir müddətdən sonra onların sərbəst buraxıldığı, ev dustaqlığına alındığı, eyni zamanda əllərində olan milyardlara əl qoyulduğuna dair xəbərlər gəldi.
Artıq bin Salmanın adı dillərdə gəzirdi. Sonra o, gözlənilmədən Türkiyə dövlətinə qarşı sərt çıxışlar etdi. O vaxta qədər Türkiyə dövləti Səudiyyə Ərəbistanına, kral Salmana böyük hörmət-izzət qoyurdu.
Bir müddət sonra Səudiyyə Ərəbistanı ilə Qətər arasında böyük böhran başlandı. ABŞ-la da münasibəti korlanmış Qətəri işğaldan, çevrilişdən Türkiyə qurtardı.
İki ay əvvəl vəliəhd şahzadə ABŞ prezidenti Donald Trampla da söz-sözə gəlmişdi.
Tramp demişdi ki, Səudiyyə dövlətini biz qoruyuruq, biz olmasaq, bu dövlət bir ay duruş gətirə bilməz, ona görə də krallıq ABŞ-a pul ödəməlidir.
Şahzadə isə belə cavab vermişdi ki, ABŞ-dan aldığımız silahın pulunu artıqlamasilə veririk, ona görə də heç kəs bizə minnət qoymasın.
Bu xüsusda mübahisə qızışmaqdaykən, ABŞ-ın ən nüfuzlu qəzetlərindən birində çalışan jurnalist Qaşıqçı öldürüldü, gündəm dəyişdi.
Bu dəfə Tramp hər şeyi qırağa qoyaraq, qətldə suçlanan Səudiyyə rəhbərliyinin əl-üzünü yumağa, onları vəziyyətdən çıxarmağa çalışdı.
Hiss olunurdu ki, bir müddət əvvəlki pul-para davası yenidən aktuallaşıb və bu dəfə Tramp öz məqsədinə yetişmək üzrədir.
Budur, artıq ABŞ mediasında jurnalist Qaşıqçının qətlinin krallığa 450 milyard dollara başa gəldiyi barədə yazılar gedir. “Mənim üçün hər şeydən öncə Amerikadır” deyən Tramp açıq-aşkar öz dövlətinə pul qazandırmaqdan ötrü hər cür haqsızlığa göz yummaq niyyətində olduğunu göstərir.
Bu gün bütün Avropa, eləcə də dünya mediası Səudiyyə Ərəbistanında baş verən hadisələrdən, bin Salmanın iştəklərindən yazır. Adam özü də məşhurlaşıb, ölkəsini də məşhurlaşdırıb. Sadəcə, bu məşhurluq mənfi səciyyəlidir, bədnam xarakterlidir.
Bu günlərdə isə Livanın baş naziri Həririnin ər-Riyadda kral sarayında girov saxlanması, Qabonun prezidenti Alo Bonqonun ər-Riyadda yoxa çıxması, bin Salmanın BƏƏ şahzadəsi ilə birlikdə gəmidə eyş-işrət məclisinə qatılması bu ölkənin “populyarlığ”ını xeyli artırıb.
Dünya mediası bununla paralel olaraq müxtəlif ölkələrdə - Suriyada, İraqda, Yəməndə, Liviyada milyonlarla binəsib ərəbin - ac-yalavac, yersiz-yurdsuz, didərgin, Aralıq dənizində boğulan insanların faciəsini göstərir.
Bir yanda ABŞ-a peşkəş edilən milyardlar (pul vəsaiti), o biri yanda məhv olan milyonlar (insan).
Dünyada islam həmrəyliyindən, ümmətçilikdən ən çox danışan iki ölkədən biri isə məhz Səudiyyə Ərəbistanıdır. Onun öz hakimiyyətinin salamatlığı üçün bir çox ölkələrə verdiyi rüşvətlərlə dünyanın bütün didərgin və ac müsəlmanlarını yerbəyer etmək və doyurmaq olardı...
Neft və milyardlar səltənətində məhv olan milyonlar...