Nazim İbrahimovun qardaşı hakim qarşısında - 2 milyonu ödəyib

21/11/2018 - 11:20 9 277 0   0  

İş adamı Sahib İbrahimov hakim qarşısına çıxarılıb.

Suveren.az Musavat.com-a istinaden xəbər verir ki, onun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. S.İbrahimov vəkilinin məhkəməyə gəlmədiyini deyib.
İş adamı Sahib İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Bildirək ki, S.İbrahimov həbs edilmiş daha sonra isə ev dustaqlığına buraxılımışdı.
S.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.
O, mənzil satışında dələduzluq etməkdə ittiham edilir.
S.İbrahimov 52 nəfərə vurduğu 2 milyon zərəri istintaq dövründə ödəyib.