Bu ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 231 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, ümumilikdə ötən müddətdə Dövlət Miqrasiya Xidmətinə 8282 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Ötən 9 ayda olduğu yer üzrə qeydiyyatla bağlı 7447 müraciət qeydə alınaraq icrası təmin olunub. Müraciətlərdən 3008-i elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.
Naxçıvanda qanunsuz yaşayan 231 əcnəbi aşkar edilib – Dövlət Miqrasiya Xidməti

Bölmənin xəbərləri