Azərbaycanın regionda qüdrətli dövlətə çevrilməsi nəinki Avropa Şurasını, həmçinin dünyanın digər aparıcı ölkələrini qane etmir. Ona görə də hər vəchlə Azərbaycanı zəif bir dövlət halına salmağa çalışırlar. Burada söhbət yalnız və yalnız Azərbaycanın dövlətçiliyinə zərbə vurmaqdan gedir. İnsan hüquqlarının pozulması, siyasi məhbuslar məsələsi məgər indimi baş verib?! Mən də bəzi həbslərin aparıldığını, medianın azad şəkildə özünü ifadə edə bilməməsini ölkəmdə görür və bununla barışmıram.
Fikrimi bir qədər açıq söyləməklə Azərbacan hökumətinə bu işdə haqq qazandırmıram. Bəs nə oldu, nə baş verdi ki, birdən -birə Avropa Şurası bu cür ədalətsiz və səsli-küylü qərar qəbul etməyə getdi? Bax, xoruzun quyruğu burda görünür...
Avropa Şurası bu bədnam əməli ilə bir daha sübut etdi ki, yarandığı gündən indiyədək üzv dövlətlərə eyni göz və eyni düşüncə ilə baxmayıb. Yanaşma tərzindəki kriteriyalar həmişə fərqli olub. Bu beynəlxalq təşkilat ermənipəstliyi ilə hər zaman diqqəti cəlb edib. Əgər bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı ilə bağlı problemlər bu beynəlxalq təşkilatı belə kəskin dərəcədə narahat edirsə, o zaman ortaya haqlı sual çıxır. Nəyə görə erməni faşizminin bu 30 ildə Azərbaycanın başına gətirdiyi faciələrdən bir kəlmə belə dilinə gətirmədiyi halda yeri gəldi-gəlmədi atəşə tutulan biz oluruq. Doğrudan, çox maraqlıdır. Yoxsa bu təkcə Avropa Şurasının mənzil-qərargahının yerləşdiyi məkanla bağlıdır!?
Fransanın erməni sevgisinin burada oynadığı rol inkaredilməzdir. Lakin hər şeyi də Makron(yan)ın adı ilə bağlamaq düzgün olmazdı. Bu adamın anası ermənidir. Erməni döşündən süd əmən birisindən ədalət gözləməyin özü, məncə, böyük sadəlövhlükdür. Yəni gəlin özümüzü aldatmayaq. Avropa Şurasının qərargahı başqa bir ölkədə yerləşsəydi, bu gün Azərbaycanla əlaqədar qalmaqala səbəb olan qərəzli və biabırçı qətnamənin qəbul edilməsi çətin olardı?! Gəlin, diqqətdən qaçırmayaq ki, AŞ-nın bu gün qəbul etdiyi qətnamənin müəllifi zahirən almaniyalı deputat olsa da, Şuranın üzvü olan deputatların 90 faizinin Azərbaycan əleyhinə yekdilliklə səs vermələri üzərində düşünərkən, insanlıq üçün daha təhlükəli bir faktor məni daxilən sökür. Dini ayrı-seçkilik prinsiplərini indiyədək müəyyən dərəcədə gizli-nizamlı şəkildə həyata keçirən Avropa Şurası bu gündən etibarən insanlığın qəbul etmədiyi məsələyə əməllicə start verdi.
Ey dünyanın müsəlman əhli, nə zaman gözünü açıb bunlara öz qiymətinizi verəcəksiniz!? Nə qədər ki, söz-əməl bir yerdə deyil, o zamana qədər də üzərimizə dünya xristianlığın hücumları ara verməyəcəkdir. Bunu bilməyə bir problem yoxdur, axı.
Nə baş verdi ki, Avropa Şurası bu cür ədalətsiz qərar qəbul etdi? - TƏHLİL

Eldar SABİROĞLU
Sabiq millət vəkili