"Müxalifətin 19 yanvar mitinqinə Daşkəsəndən 1 nəfər belə getməmişdi" - Rayonun icra başçısı

29/01/2019 - 13:45 2 677 0   0  

"Bizim rayon əhalisinin İcra Hakimiyyətindən şikayətləri yoxdur. Daşkəsən yeganə rayon idi ki, müxalifətin 19 yanvar mitinqinə bizdən heç kəs getməmişdi".

Bu fikirləri "Ölkə.Az"a açıqlamasında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib.
İcra başçısı bildirib ki, Daşkəsən camaatı da radikal müxalifəti boykot edir:
"Bu səbəbdən də Milli Şuranın 19 yanvar mitinqinə Daşkəsəndən 1 nəfər belə getməmişdi. Bu gün Azərbaycan xalqı, o cümlədən Daşkəsən camaatı Prezident İlham Əliyevin siyasətini dəstəkləyir".
Əhəd Abıyev hazırda Daşkəsəndə işsizlik probleminin də aşağı səviyyədə olduğunu söyləöyib:
"Ötən illə müqayisədə bu il Daşkəsəndə işsizlik problemi 60 faiz həllini tapıb. Bu gün Daşkəsən camaatının bizdən heç bir narazılığı yoxdur. Rayonumuzda ciddi problemlər qalmayıb, tədricən həllini tapır. İnsanlarımızın hamısı cənab Prezidentimizin siyasətini birmənalı olaraq dəstəkləyir".