“Müxalifəti və kürdləri təşkilatlandırmalı, Ərdoğanı məğlub etməliyik” - CO BAYDEN

16/08/2020 - 12:15 5 889 1   1  

ABŞ-ın prezidentliyə ən şanslı namizədi hesab olunan Co Baydenin yanvar ayında Türkiyə barədə söylədiyi ağır ifadələr dünən media orqanlarında dərc olunub.
 
Ovqat.com xəbər verir ki, Co Bayden müxaliflərə dəstək verərək, Türkiyə iqtidarını məğlub edə biləcəyini bildirib.
 
Çıxışında “ Atacağımız ən son addım kürdlərlə bağlı məsələlərdə ona (Ərdoğana) boyun əymək olardı",-deyən Co Bayden hakimiyyətə gələcəyi təqdirdə Türkiyə ilə bağlı yürüdəcəyi siyasət barədə də ipucları verib:
 
"Düşünürəm ki, ona (Ərdoğana) çox fərqli bir yanaşma tətbiq etməliyik. Müxalifət liderlərini dəstəklədiyimizi açıq şəkildə göstərməliyik. Parlamentə töhfə vermək istəyən kürd təşkilatlarının inteqrasiyasını dəstəkləməliyik... Bu iş bir müddət yaxşı gedirdi”.
 
Yol xəritələrinin açıq şəkildə ortaya qoyulmasının vacibliyinə toxunan Co Bayden tələblərin sərt şəkildə ünvanına çatdırılmasının tərəfdarı olduğunu deyib: “Nə düşündüyümüz barədə səsimizi qaldırmalıyıq, hadisələrə açıq qiymət verilməlidir. Necə çalışacağını anlamaq üçün çevrəsində F-15 qırıcı təyyarələrinin uçduğu hava hücumundan müdafiə sistemi olduğundan, ona müəyyən silahları satmağa davam edib etməyəcəyimiz üçün bədəl ödəməlidir”.
 
Bayden Türkiyədəki müxalif partiyaları, özəlliklə kürd təşkilatlarını dəstəkləyərək Ərdoğan hakimiyyətini yıxmaq barədə düşündüyünü də gizlətməyib:
 
“Buna görə çox narahatam. Ancaq mənim dediyim kimi, onlarla birbaşa əlaqələr qurub Ərdoğanı məğlub edəcək vəziyyətə gəlmələri üçün hələ də mövcud olan Türk liderliyi elementlərindən daha səmərəli faydalanmalı, onları gücləndirməliyik. Çevriliş yolu ilə yox, seçkiylə… Partiyası (AKP nəzərdə tutulur-Ovqat.com) İstanbuldan kənara atıldı. Bəs biz nə edirik? Burda oturub ona boyun əyirik”.
 
Co Bayden Türkiyənin Rusiya ilə münasibətlərindən narahat olduğunu da açıq etiraf edib.
 
“Türkiyə Rusiyadan asılı olmaq məcburiyyətində deyil. Uzun müddət əvvəl həmin almadan bir dişlək vurdular. Ancaq başa düşməlidirlər ki, indiyə qədər onlarla olan münasibətimizi artıq davam etdirməyəcəyik. Buna görə çox narahatam. Hava bazalarımız və onlardan istifadə imkanlarımız da məni çox narahat edir. Düşünürəm ki, bölgədəki müttəfiqlərimizlə bir araya gəlmək və Türkiyəni regional fəaliyyətlərimizdən təcrid etmək barədə düşünməliyik və bu bizim üçün çox zəhmətli iş olacaq”.
 
Co Bayden Türkiyənin Aralıq dənizinin şərqində apardığı karbohidrogen tədqiqatlarından da xeyli narahat olduğunu vurğulayıb.​