Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası formalaşdırılma yolunda uğurla irəliləyir

30/05/2020 - 19:44 9 676 16   2  

Bildiyimiz kimi Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan edilməsindən sonra ona daxil olan qurum və təşkilatların formalaşdırılması prosesi aparılır. MQA(İ)R-nın Təşkilat Komitəsinin bu gün keçirilmiş iclasında Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası Millət Şurasının yeni qurumu olan Katiblik və onun tərkibinin yaradılması ilə bağlı müzakirərlər aparılaraq qərar verilmiş və Millət Şurasının sədri Qafar Çaxmaqlı təkliflərlə çıxış etmişdir:

"Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan edilməsinin əziz millətimizin məmnunluqla qəbul etdiyindən dolayı çox qürurluyuq. Bunu Respublikamızda və onun hüdudlarından kənarda yaşayan soydaşlarımızın çoxsaylı təklifləri, təşəbbüsləri bir daha sübut edir. Biz Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının Millət  Şurası olaraq bu cür təşəbbüsləri alqışlayır və millətimizin erməni işğalçılarına qarşı səfərbərliyinin nümunəsi, milli dəstəyinin təzahürü kimi qiymətləndiririk. Lakin ətrafımızı sarmış məkirli düşmənlərin, ümumi işimizə, sosial medianın imkanlarından istifadə etməyimizdə ciddi hüquqi əngəllər yaratmasının qarşısının alınması üçün elan edilən və yayımlanan bütün məlumatların Respublikanın yaratdığımız yeni orqanı olan katibliyinin nəzarəti altında toplanılması, təhlil edilməsi və yayımlanmasının məqsədəuyğun olması qərarına gəlinmişdir. Vətəndaşlarımızdan xahiş olunur ki, bu yöndə hər hansı təklif, bəyanat, məlumat, qanun lahiyələri və s. kimi təkilflər katibliyin elektron ünvanlarına göndərilsin. Katiblik MŞ-nın fəaliyyətini təşkil edir, rəsmi sənədlərin hazırlanması və yayılması işinə rəhbərliyi həyata keçirir, qurumdaxili komissiyaların fəaliyyətini koordinasıya edir".

Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası Millət Məclisi Katibliyinin heyəti elan olunmuşdur. O Cəmşid Dərələyəzli, Qələndər Muxtarlı, Allahverdi Seyidov, Əli Mustafa, Yasəmən Qaraqoyunlu, Ruslan Fərzəliyev, Aqil Səmədbəyli, Faiq Ələkbərli, Qurban Vahidov, Rəfi Qurbanov, Yusif Xıdırov, Paşa Həsənli, Şahlar Hacıyevdən ibarətdir. Həmçinin, Katibliyin tərkibində İdeologiya və siyasət, beynəlxalq münasibətlər, dövlət quruculuğu və hüquq, maliyyə komissiyalarının yaradılmasına və təkmilləşdirilməsinə qərar verilmişdir. İclasda Nigar Ögeday Türkiyədə yaşayan Qərbi Azərbaycanlılarla iş üzrə sədr müavini vəzifəsinə təqdim olunmuşdur. Bundan başqa görülən işlərin effektivliyini artırmaq üçün Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası Qadınlar Təşkilatının yaradılması məsləhət görülmüş, bu qurumun rəhbərliyinə İradə Rzazadənin rəhbər təyin olunması təklifləri iştirakçılar tərəfindən müzakirə olunmuş və müsbət rəy bildirilmişdir. Bildirilmişdir ki, gəncləri bu işə cəlb etmək üçün Gənclər Təşkilatının yaradılmasına ehtiyac vardır. Keçən konfransada qərara alınan  Təhlükəsizlik məsələləri üzrə sədr müavini vəzifəsinə Köçəri Nağıbəyli, Qaçqınlarla və MŞ-də yer almayan Qərbi Azərbaycan təşkilatları ilə iş üzrə sədr müavini vəzifəsinə Rizvan Talıbov, sədrin müşaviri postuna Şahlar Hacıyev təsdiq edilmişdir. Qərbi Azərbaycan təşkilatlarının sədrlərinin əvvəlki toplantıda nəzərdə tutulduğu kimi müşavir statusunun qalması məqsədəuyğun hesab edilmişdir. Əvəz Temirxan, Əli Vəliyev, Şakir Həsənov, Əkbər Məmmədov kimi dəyərli ziyalılarımızın Təşkilat Komitəsi üzvlüyünə qəbul olunması təklif olunmuşdur. Müzakirə edilən bir çox məsələlərin, verilən təkliflərin Sədarətin toplantısının gündəliyinə daxil edilməsi qərarlaşdırılmışdır.

Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının Mətbuat, İnformasiya, sosial şəbəkələrlə iş və Təhlil Mərkəzi