Məscid yandı - FHN məlumat yaydı

28/10/2018 - 12:27 1 996 0   0  

Dünən axşam saatlarında Dağıstan Respublikasında məscid yanıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb. Rusiya FHN-nin yaydığı məlumata görə, hadisə Çarodin rayonunun Qoçob kəndində baş verib.
Alovun söndürülməsinə 12 nəfər yanğınsöndürən və 3 texnika cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.