MQA(İ)R Millət Şurasının sədri Qafar Çaxmaqlıdan Azərbaycan xalqına 28 MAY Müstəqillik Günü münasibəti ilə TƏBRİK MESAJI

27/05/2020 - 21:49 10 357 3   0  

Təbrik

Bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci, ili Azərbaycanın milli bayramı –Respublika Günü qeyd olunur.  Azərbaycan Xalq Cümhuriyyəti 28 mayda Tiflis şəhərində Qafqaz canişinliyinin binasında Azərbaycan Milli Şura tərəfindən, Azərbaycanın Dövlət Müstəqilliyi elan edib.

Azərbaycan İstiqlalliyyəti haqqında AKT (Əqdnamə) ilə Azərbaycan dövlətçiliyi dünyada Xalq Cümhuriyyəti formasında elan olundu.

Bu siyasi və hüquqi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan  edilmiş, onun hakimiyyətinin şamil olunduğu ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin  dövlətin əsas fəaliyyət prinsipləri  öz əksini tapmışdır. Çox təəssüf ki o vaxtların geosiyasi, hərbi şərtləri çərçivəsində cənubi Qafqazda Azərbaycan və Gürcüstan Respublikaları ilə yanaşı Ermənistan dövləti də 9 min km-lik tarixi Qərbi Azərbaycan ərazilərində yarandı. Bununlada tarixin müxtəlif dönəmlərində birgəyaşayışın, xalqlar arasında mehriban qonşuluğun nümunəsi olmuş Cənubi Qafqaz qanlı toqquşmaların, deportasiyaların biri-digərinə qarşı əsassız ərai iddialarının, soyqırımlar bölgəsinə çevrildi.

Lakin Azərbaycan xalqı Ermənilərin nəzarətində olan tarixi ərazilərinə qayıtmaq və sahib olmaq haqqından vaz keçməyib bu istiqamətdə real hüquqi addımlar atmış, Qərbi Azərbaycan Mühacir Respublikasını elan edərək  tarixi ədalətin bərpası üçün çoxvektorlu fəaliyyətə qərar vermişdir.

Azərbaycan xalqı tarixən dünyaya dövlət quran, hökm etdiyi əraziyə ədalət yayan bir millət kimi tanınmışdır. Azərbaycan Xalq  Cümhuriyyəti də 23 aylıq fəaliyyəti ilə dünyaya Şərqdə qadına seçki hüququ tanıyan,  demokratik təsisatları, Idarəçilyi gətirən bir dövlət kimi tanındı. Azərbaycan xalqı 72 il sonra öz müstəqilliyini yenidən bərpa edə bildi və bu gün dünyanın müstəqil dövlətlərinən biridir.

Millətimizin Milli bayram olan Respublika bayramını  təbrik edirik. Ədalətin və tarixi ərazilərimizin bərpası yolunda hər bir vətəndaşımıza uğurlar başarılar diləyirik!

Qərbi Azərbaycan Mühacir Respublikasının Millət Şurası

27.05.2020-ci il