“MOSKVAYA “DUR!” DEMƏNİZİN ZAMANI GƏLMİŞDİR” – Turan Partiyası Rusiyada yaşayan türklərə və müsəlmanlara müraciət etdi

17/07/2020 - 17:20 4 522 3   0  

Turan Partiyası Rusiyada yaşayan türklərə və müsəlmanlara müraciət edib. Suveren.az partiyanın müraciətini olduğu kimi dərc edir:
“Əziz soydaşlar!
Biz bilirik ki, bu gün Rusiyanın böyük bir ərazisi tarixi Türk yurdlarıdır. Rusiya adlanan imperiyanın əhalisinin əksəriyətinin çoxdinli Türk soylu olduğu çağdaş dünyamızda hər kəsə bəllidir.
Sizin verginizlə yaşayan, sizin yeraltı qaynaqlarınızı sömürən mərkəzi şovinist Rusiya İmperiyası qanı qanınızdan olan Azərbaycan Türklərinin dövlətinin - Azərbaycan Respublikasının ərazilərinin işğal olunmasında ermənilərlə birlik olmaqda davam edir. Sizin əməyinizin qarşılığında ermənilərə silahlar verilir, muzdlu əsgərlər cəlb olunu, erməni terror birliklərinə təlim keçilir, yedizdirilir və s.
Bu gün Türk düşməni ermənilər siz Türklərin maddi gücündən Azərbaycan Türklərinin qanının tökülməsində Moskvayla birlikdirlər. Rusiya adlanan tarixi Türk yurdlarında yaşayan sevgili Türk millətinin övladları, müsəlman qardaşlarımız - Saklar, Tuvalılar, Hakaslar, Altaylılar, Şotlar, Buryatlar, Mardivinlər, Udmurtlar, Kalmıklar, Noqaylar, Karaçaylar, Balkarlar, Kumuklar, Ləzgilər, Avarlar, Darqinlər, Çeçenlər, İnquşlar, Osetinlər, Çərkəzlər, Kazaklar, Çuvaşlar, Başkurtlar, Tatarlar - bu gün söz sizindir, Moskvaya “dur!” demənizin zamanı gəlmişdir. Biz inanırıq ki, sizin təpkiləriniz Moskvanı terrorçu ermənilərin yanında olmasından çəkindirəcəkdir. Bu olmayacaqsa, artıq Moskva özünün sonunun gəldiyini bilməlidir. Sizlər bir yumuruğunuzla Moskvanı diz çökdürəcəksiniz.
Tanrı Türkü qorusun!”
Suveren.az