“Moskvanın PKK-PYD ilə bağlı Ankaraya verdiyi təkliflər məqbul sayılsa da, real görünmür”.
Suveren.az yenicag.az-a istinadla xəbər verir ki, bu fikirləri Suriyada yaranmış son durumu müxtəlif istiqamətlər üzrə təhlil edən Türkiyəli politoloq Salih Yılmaz deyib.
Salih Yılmazın sözlərinə görə, Moskva Suriyada Bəşər Əsəd hakimiyyətinin tam bərqərar edilməsi, o cümlədən, Türkiyə ilə sərhədlərin sabitliyi üçün xaricdən gəlmiş kürd qruplaşmalarının ölkəni tərk etmələrinə çalışır:
“Rusiya Türkiyə ilə danışıqlarda PKK-PYD-nin fəal olduğu ərazilərin Bəşər Əsədin nəzarətinə keçməsini təklif edir. Bu zaman PKK-PYD terrorçularının silahlarının yığılması, yerli olmayan qruplaşma üzvlərinin Suriyadan çıxarılması nəzərdə tutulur. Eyni zamanda, Suriyanın Türkiyə ilə sərhədlərinin isə Rusiyanın Çeçenistan, İnquşetiya və Dağıstandan olan müsəlman hərbçiləri tərəfindən qorunması təklif olunur.
Bununla belə, PKK-PYD liderlərindən biri Sinan Hamo Moskva səfəri zamanı ona təklif olunan bu planla razılaşmayıb. Terrorçular silahı təhvil vermək və Suriyanı tərk etmək şərtini qəbul etməyiblər.
Hamo Moskvada bildirib ki, onlar şərti olaraq, Əsəd rejiminə tabe ola bilərlər, ancaq bu halda həmin ərazilərdəki silahlı qruplaşmalar tərksilah edilməməlidir.
Məlumdur ki, Rusiya PKK-PYD və Əsəd rejimi arasında gedən danışlarda vasitəçi kimi çıxış edir. Moskva burada ABŞ-dan fərqli olaraq, terrorçu qruplaşmaların yox, Əsədin mövqeyinin güclənməsinə çalışır. Rusiya həmçinin kürdlərə Fərat çayının sağ sahilində siyasi-mədəni muxtariyyat verilməsinin də əleyhinə deyil.
Bununla belə, PKK-PYD ilə danışıqlar aparan Rusiya məsələnin Türkiyə üçün həssaslığını nəzərə alaraq, Qəndil dağlarından əraziyə yönləndirilmiş bütün xarici “element”lərin Suriyanı tərk etmələrində israrlı görünür. Lakin PKK-PYD üçün daha cəlbedici şərtləri ABŞ irəli sürüb. Vaşinqton kürdlərə siyasi-mədəni muxtariyyat verilməsini, heç bir tərksilah əməliyyatının aparılmamasını istəyir.
Türkiyə Rusiyanın bu təkliflərini məqbul saysa da, onların həyata keçirilməsinin real olmadığını düşünür. Ankara öz sərhədlərinin təhlükəsizliyini başqa bir ölkənin təşəbbüsünə və ya Əsədin özünə etibar etmir. Rusiya PKK-PYD ilə bağlı Türkiyəyə müəyyən təminatlar versə də, Əsədin gələcəkdə “kürd kartı”ndan öz məqsədi üçün istifadə etməyəcəyi sual altındadır”.
"Moskvanın verdiyi təkliflər məqbul sayılsa da, real görünmür" - Suriya böhranı