Moskvada deputat döyüldü

09/01/2019 - 18:51 2 887 0   0  

Rusiyada Lomonosov rayonunun deputatı Kirill Tsirkin naməlum şəxslər tərəfindən döyülüb

“Qafqazinfo” xəbər verir ki, bu barədə deputat öz feysbuk hesabında yazıb. Xəstəxanaya yerləşdirilən Tsirkin küt alətlə boynunun arxasından və kürəyindən vurulduğunu deyib. O, hesab edir ki, döyülməsi onun ictimai fəaliyyəti ilə bağlıdır.
Rusiya KİV-ləri millət vəkilinin hadisə zamanı içkili olduğunu yazsa da, o bu xəbəri təkzib edib.