Moskva Türkiyəyə xaincəsinə zərbə vurmaqdan əl çəkmir - Əsədin əsgərlərini Haftara köməyə göndərir

12/05/2020 - 18:20 10 393 0   0  

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi James Jeffrey, XİN Avropa və Avrasya İşləri İdarəsi  Direktor köməkçisi Christopher Robinson və XİN Yaxın Şərq İşləri İdarəsi Direktor köməkçisi Henry Wooster ilə telekonfrans vasitəsilə toplantı keçirdi. Toplantıda Suriyadakı son gəlişmələr və Rusiyanın bölgədə fəaliyyətləri müzakirə olundu.

Suveren.az bu barədə "Yeni Akit"ə istinadla bildirir.

Rusiyanın Bəşər Əsədin fəaliyyətindən narazı olması müzakirə olunarkən Moskvanın Liviyadakı muzdlu əsgərləri ilə əlaqədar diqqət çəkən dəyərləndirmələr aparıldı.

Toplantıda çıxış edən Avrasiya İşləri İdarəsi Direktor köməkçisi Christopher Robinson, “Rusiya, Əsəd rejimi ilə əməkdaşlıq çərçivəsində Suriyalı döyüşçüləri, son günlərdə Hafteri dəstəkləyən Wagnerin əməliyyatlarında iştirak etməsi üçün Liviyaya göndərdi” dedi. Robinson həmçinin, “Bu grup, az vəsaitlə və minimum risklə istifadə oluna bilən bir vasitədir” deyərək, Moskvanın Hafterin ordusunu dəstəkləməyə davam etdiyini vurğuladı.

"Rusiya hərbi baza istəyəcək"

ABŞ XİN nazirinin köməkçisi Henry Wooster isə "Rusiya, Astana sammitindən istifadə etdi. Türkiyənin başını qatıb, ləngitdi. Rusiya, Türkiyə ilə Livya mövzusunda bir sülh müzakirələrində razılaşma əldə etməyə hazırlaşır və bunun əvəzində hərbi bazalar istəyəcək" dedi.