5 ildən çoxdur ki, Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində günahsız yerə cəza çəkdiyini iddia edən Məmmədov Ədalət Məhərrəm oğlu tərəfindən redaksiyamıza növbəti şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə, eləcə də digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edir. Həmin müraciəti olduğu kimi dərc edirik:
“Möhtərəm Prezident!
Diqqətinizə çatdırım ki, 07.03.2019-cu il tarixindən hal-hazıradək günahsız olaraq həbsdə saxlanılıram. Belə ki, özüm zərərçəkən olduğum halda, mənə borclu olan şəxslərdən alınan rüşvət hesabına qanunsuz olaraq azadlıqdan məhrum edilmişəm. Çox təəssüf ki, aidiyyəti orqanlara ardıcıl olaraq yazdığım ərizə-şikayət-müraciətlərə indiyədək heç bir əsaslı cavab verilməyib.
Hörmətli Prezident!
İbtidai istintaq və məhkəmə proseslərində baş vermis analoqu olmayan qanun və hüquq pozuntularına dair tərəfimdən dəfələrlə sizlərə, eləcə də aidiyyəti qurumlara etdiyim çoxsaylı əriz-şikayətlərimə etinasız yanaşılaraq, cavablandırılmayıb. Hal-hazıradək də heç bir qanuni tədbir görülmədiyinə görə, yenidən Sizə açıq məktubla müraciət etməyə məcbur oldum.
Bildirmək istəyirəm ki, hazırda Neftçala RPŞ-də məsul növbətçi işləyən polis mayoru Şahmar Əhmədov tərəfindən 50 min dollar, anası Əhmədova Xanımqız Fərəc qızı tərəfindən isə 100 min ABŞ dolları (ümumilikdə 150 min dollar) həcmində pul vəsaitim dələduzluqla mənimsənilib. Mən qarşı tərəfdən pulumu tələb etdikdə isə, heç bir dəlil, sübut, fakt olmadan ziddiyyətli ifadələrlə barəmdə cinayət işi açılıb(mənə heç bir rəsmi məlumat göndəriş, məktub göndərilmədən və zəng edilmədən).
Haşiyə olaraq bildirmək istəyirəm ki, X.Əhmədovanın həyat yoldaşı Rövşən Əhmədov öz yaxın qohumunu əvvəl ölümlə hədələyib, sonradan 10 kq qızıl-zinət əşyalarını, əmlak və torpaq sahələrini ələ keçirib və bu səbəbdən də AR.CM-nin 132.221.177.178.179-cu maddələri ilə həbs edilib.
18.02.2018-ci il tarixdə Əhmədova Xanımqız Fərəc qızı guya mənim ona 62 min manat borclu olduğumu iddia edərək, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib. Onun bu şikayəti baş müstəntiq Hacı Əfəndiyev tərəfindən araşdırılıb və iddialar təsdiqini tapmadığı üçün rədd edilib.
Sonradan Xanımqız Əhmədova yenidən əsassız olaraq barəmdə BMCMİ-yə şikayət edib və onların - Şahmar Əhmədov və anasının mənə 150 min dollar (245 min manat) borclu olduğu və bu pulu təsdiqləyən müvafiq sənəd, etibarnamə, şahid ifadələri, məhkəmə qərarı və şəxsin yazılı izahatı olduğu halda, barəmdə cinayət işi və ibtidai-araşdırma olmadan, 15.06.2019-cu il tarixdə qeyri-qanuni olaraq ölkədən çıxışıma məhdudiyyət qoyulub.
Daha sonra DİN-nin keçmiş əməkdaşı, polis polkovnik-leytenantı, mənə borcu və mənimlə ədavəti olan Qarayev Nizami Müslüm oğlu da bu işə cəlb edilərək, mənim saxta ittihamlarla həbsə atılmağıma şərait yaradılıb.
Möhtərəm Prezident!
Neftçala RPŞ-də məsul növbətçi işləyən polis mayoru Şahmar Əhmədov mənə olan borcunun qarşılığında pay torpaq sahəsi, maşın verəcəyini iddia etsə də, sonradan bunlardan da imtina edib. Bu baxımdan, Sizdən xahiş edirəm ki, mənə olan borcun qaytarılması, günahsız yerə həbsimə səbəb olan şəxslərin hüquq müstəvisində cəzalandırılması və barəmdə araşdırma aparılıb ədalətli qərar qəbul edilməsi üçün müvafiq orqanlara göstəriş verəsiniz”.
Hazırladı: LALƏ
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
"Mənə borclu olan şəxslər tərəfindən şərlənərək, həbs olundum" – HƏBSXANADAN NÖVBƏTİ MƏKTUB