"Məmurlar gətirib pul verəcəklər, sabah da deyəcəklər ki, Goozal bəy bacarmadı, pulumuz batdı" - Abdolbari Goozal

10/12/2018 - 16:50 6 997 0   0  

“Mən mənfəətə çıxarmadığım heç bir müəssisənin səhmlərini IPO-ya (Initial Public Offering – İlkin Kütləvi Təklif) çıxarmaram”. 

Bunu “Report”a açıqlamasında "Azersun Holding” MMC-nin sahibi Abdolbari Goozal deyib. 
O, bu barədə "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC-nin (İmişli Şəkər Zavodunun idarəçisi) səhmdar cəmiyyətə çevrilməsi və səhmlərinin satışa çıxarılması ehtimalına münasibət bildirərkən danışıb və zavodun hələ ki, zərərlə işlədiyini bildirib. 
“İmişli Şəkər Zavodu bir neçə ildir ki, yaxşı maliyyə nəticələri göstərmir, zərərlə işləyir. İstəyirik ki, yeni, müasir texnologiyalar tətbiq etməklə məhsuldarlığı artıraq və zavodu ilk öncə mənfəətə çıxaraq. Çünki mən məsuliyyət daşıyıram. Məmurlar gətirib pul verəcəklər, sabah da deyəcəklər ki, Goozal bəy bacarmadı, pulumuz batdı. Məni həm yamanlayacaq, həm də bəd dua edəcəklər", - deyə iş adamı qeyd edib.