Milyarderlər bu il nə qədər pul itiriblər?

22/12/2018 - 19:27 17 983 1   0  

“Bloomberg” agentliyi 2018-ci ildə dünyanın ən varlı insanlarının varidatının 511 milyard dollar azaldığını bildirib.

“Bloomberg Billionaires Index” siyahısına daxil olan ən varlı 500 biznesmenin ümumi kapitalı 4,7 trilyon dollaradək azalıb. Ekspertlərin hesablamalarına görə, siyahının lideri – “Amazon” kompaniyasının sahibi Ceff Bezos il ərzində 53 milyard dollar zərərə düşüb. Onun aktivləri pik dövründə 168 milyard dollar həcmində qiymətləndirilirdi, ilin sonunda isə biznesmenin varidatı 115 milyard dollar təşkil edib.

Reytinqə daxil olan amerikalı milyarderlər (ABŞ-ın 173 nümayəndəsi) ilin əvvəlindən bəri ümumilikdə 5,9 faiz kapital itirib. Onların var-dövləti hazırda 1,9 trilyon dollar həcmində qiymətləndirilir. Ən varlı asiyalı biznesmenlərin kapitalı isə 144 milyard dollar azalıb.

Analitiklər avropalı milyarderlərin aktivlərinin dəyərinin də azalmasını müşahidə ediblər. Belə ki, şin istehsalı ilə məşğul olan Almaniyanın “Continental AG” kompaniyasının səhmdarları - Şeffler ailəsi üzvlərinin göstəriciləri ilin əvvəlindən bəri 17 milyard dollar aşağı düşüb.