“Ölkədə sabitlik olmalı, insanların həyat şəraiti yaxşılaşdırılmalıdır. Bütün bunları nəzərə alan Prezident İlham Əliyev 6 aydır ki, çox ciddi siyasi, iqtisadi, institusional islahatlara, o cümlədən kadr islahatlarına start verib ”.
Məlumata görə, bunu bu gün Quba şəhərindəki Soyqırımı Memorial Kompleksində azərbaycanlıların soyqırımının 101-ci ildönümünə həsr olunmuş konfransda millət vəkili Vahid Əhmədov bildirib.
V. Əhmədov deyib ki, dövlət başçısı fərmanlar, sərəncamlar imzalayıb və bunlar həyata keçirilir: “Bu islahatlar davam edəcək. O cümlədən məhkəmə-hüquq sisteminin, o cümlədən media və digər sistemlərin yenidən qurulması Prezidentin diqqətindədir. Burada da əsas məqsəd əhalinin həyat şəraitinin yaxşılaşdırılması, şəffaflığın təmin edilməsi, rüşvətxorluğun, korrupsiyanın aradan qaldırılmasıdır. Düzdür, bu islahatları həyata keçirmək o qədər də asan deyil. Biz bunu hiss edirik. Çox təəssüf edirəm ki, Azərbaycanda bəzi qüvvələr Prezidentin apardığı islahatların üzərinə kölgə salmaq, hətta mane olmaq istəyirlər. Mən o insanları da başa düşürəm. Çünki uzun müddətdir ki, kifayət qədər var-dövlət yığıblar və həmin var-dövləti qoruyub saxlamaq istəyirlər. Amma mən hesab edirəm ki, Prezident kifayət qədər iradəli bir siyasətçidir və qarşısına qoyduğu məqsədlərə çatacaq. Mən sizi Azərbaycan xalqı ilə birlikdə Prezidentin apardığı islahatlara kömək etməyə, onu müdafiə etməyə çağırıram. Əgər biz Qarabağ məsələsini həll etmək. Erməni bu torpaqlardan qovmaq istəyiriksə, güclü dövlət qurmalıyıq. Əhali arasında təbliğat apararaq dövlət başçısının apardığı islahatlara dəstək verməliyik. Allah şəhidlərimizə rəhmət etsin”.
Millət vəkili: “İslahatları həyata keçirmək asan deyil”

Bölmənin xəbərləri