Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev İran İslam Respublikasının (İİR) Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadəyə açıq məktub yazıb. Məktubda deyilir:
“Hörmətli cənab Səfir,
Mən Azərbaycan-İran münasibətlərinin daha da yaxşılaşmasını istəyən bir siyasətçi kimi Sizin də bu istiqamətdə göstərdiyiniz səylərin səmimiliyinə inandığımdan və beynəlxalq hüquqa görə insan haqlarının heç bir dövlətin daxili işi olmadığını, İranın islami dəyərlərə sadiq olan hüquqi dövlət olması barədə verdiyi bəyanatları, o cümlədən rəhbərlik etdiyiniz diplomatik nümayəndəliyin və BAXCP-nin normal əməkdaşlıq münasibətlərinin yaranmasında maraqlı oduğunu nəzərə alaraq Sizə açıq məktubla müraciət etmək qərarına gəldim.
Hörmətli Cavad bəy, Ərdəbil sakini, öz milli-mədəni hüquqları uğrunda mübarizə aparan Abbas Lisaninin mütəmadi olaraq təqib olunması, sonuncu həbsindən 24 gün keçməsinə baxmayaraq həyat yoldaşı Rüqəyya Əlizadəyə onun harada saxlanılması və səhhəti barədə heç bir məlumat verilməməsi bütün tərəqqipərvər insanlar kimi Azərbaycan ictimaiyyətini də ciddi narahat edir.
İİR ilə Azərbaycan xalqının səmimi dostluğu İranda, öz ata-baba yurdlarında yaşayan Azərbaycan türklərinin hüquqlarına hörmət göstərilməsindən, bir milyon müsəlmanı öz ev-eşiyindən didərgin salan, torpaqlarımızın 20%-ni işğal edən, islam və Azərbaycanın milli mədəniyyətinə aid minlərlə abidəni, muzeyləri dağıdan işğalçı Ermənistanla münasibətlərinizin səviyyəsindən asılıdır. Ümid edirəm bu sadə həqiqəti ölkənizin müvafiq rəsmilərinə çatdıracaq, Abbas Lisaninin hüquqlarının bərpa olunmasına öz tövhənizi verəcəksiniz.
Hörmətlə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev”.
MİLLƏT VƏKİLİ İRAN SƏFİRİNƏ AÇIQ MƏKTUB YAZDI – “Lisaninin təqib olunması…”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev İran İslam Respublikasının (İİR) Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadəyə açıq məktub yazıb. Məktubda deyilir:
“Hörmətli cənab Səfir,
Mən Azərbaycan-İran münasibətlərinin daha da yaxşılaşmasını istəyən bir siyasətçi kimi Sizin də bu istiqamətdə göstərdiyiniz səylərin səmimiliyinə inandığımdan və beynəlxalq hüquqa görə insan haqlarının heç bir dövlətin daxili işi olmadığını, İranın islami dəyərlərə sadiq olan hüquqi dövlət olması barədə verdiyi bəyanatları, o cümlədən rəhbərlik etdiyiniz diplomatik nümayəndəliyin və BAXCP-nin normal əməkdaşlıq münasibətlərinin yaranmasında maraqlı oduğunu nəzərə alaraq Sizə açıq məktubla müraciət etmək qərarına gəldim.
Hörmətli Cavad bəy,
Ərdəbil sakini, öz milli-mədəni hüquqları uğrunda mübarizə aparan Abbas Lisaninin mütəmadi olaraq təqib olunması, sonuncu həbsindən 24 gün keçməsinə baxmayaraq həyat yoldaşı Rüqəyya Əlizadəyə onun harada saxlanılması və səhhəti barədə heç bir məlumat verilməməsi bütün tərəqqipərvər insanlar kimi Azərbaycan ictimaiyyətini də ciddi narahat edir.
İİR ilə Azərbaycan xalqının səmimi dostluğu İranda, öz ata-baba yurdlarında yaşayan Azərbaycan türklərinin hüquqlarına hörmət göstərilməsindən, bir milyon müsəlmanı öz ev-eşiyindən didərgin salan, torpaqlarımızın 20%-ni işğal edən, islam və Azərbaycanın milli mədəniyyətinə aid minlərlə abidəni, muzeyləri dağıdan işğalçı Ermənistanla münasibətlərinizin səviyyəsindən asılıdır. Ümid edirəm bu sadə həqiqəti ölkənizin müvafiq rəsmilərinə çatdıracaq, Abbas Lisaninin hüquqlarının bərpa olunmasına öz tövhənizi verəcəksiniz.
Hörmətlə,
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev”.