Millimizin sabiq baş məşqçisi xəstəxanaya yerləşdirildi

24/11/2018 - 09:37 2 623 0   0  

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçkinin səhhətində problem yaranıb.

Suveren.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda Bosniya və Herseqovina yığmasına başçılıq edən 49 yaşlı xorvatiyalı mütəxəssis xəstəxanaya yerləşdirilib.
Halı pisləşən məşqçi dərhal travmatologiya və ortopediya klinikasına çatdırılıb. Analizlərdən sonra bəlli olub ki, Prosineçki qarın boşluğundakı problemlərə görə əməliyyat olunmalıdı.
O, xəstəliyə görə Bosniya və Herseqovina Futbol İttifaqının yeni ofisinin açılışında iştirak edə bilməyib.
Qeyd edək ki, Prosineçki 2014-17-ci illər aralığında Azərbaycan millisinin baş məşqçisi olub.