Milli Şuranın yanvarın 19-da “Məhsul” stadionunda Mehman Hüseynov və digər siyasi məhbusların azad edilməsi tələbi ilə keçirəcəyi mitinqə Bakı Şəhər İcra Hakimiyyəti müsbət cavab verib.
Bundan öncə Qarabağ Komitəsinin keçirtmək istədiyi 3 mitinq tələbi BŞİH tərəfindən rədd edilmişdi. Bir neçə gün öncə isə Müsavat partiyasının eyni məqsədlə, yəni, Mehman Hüseynov və digər siyasi məhbusların azad edilməsi tələbi ilə keçiriləcək mitinqinə rədd cavabı verilmişdi.
BŞİH-in bu addımı birmənalı qarşılanmayıb.
Məsələyə Qarabağ Komitəsinin keçici sədri Tural Abbaslı münasibət bildirib.
Tural Abbaslı Milli Şuraya mitinq üçün icazə verilməsi barədə danışaraq bildirib ki, görünür hakimiyyət Qarabağ mövzusundan daha çox çəkinir:
“Qarabağ Komitəsi olaraq BŞİH-ə məktub ünvanlayanda, görüşlərdə, mətbuatda dəfələrlə bildirmişik ki, mitinqdə heç bir halda siyasi şüar səsləndirilməyəcək. Kənardan baxanda görünən o olmalı idi ki, hakimiyyət Qarabağ mitinqinə daha həvəslidir, nəinki birbaşa onun istefası tələb olunan mitinqlərə. Lakin hakimiyyət Qarabağ məsələsindən daha çox çəkinir. Odur ki, bu mövzularda Qarabağ komitəsinə mitinq keçirməyə icazə vermir. İndi mitinqin mövzusu siyasi məhbuslardır. Milli Şura təşəbbüslə çıxış edib və icazə veriblər. Xeyirli olsun. Allah hamısının qapısını açsın”.
Milli Şuranın siyasi məhbuslara azadlıq mitinqinə icazə verilməsinə ikilistandart kimi yanaşmanın olmasına gəldikdə isə Tural Abbaslı qeyd edib ki, bu qərarı birmənalı qarşılamırlar:
“Eyni mövzu ilə bağlı Müsavat partiyası müraciət ünvanlamışdı. Müsavat partiyasına icazə vermədilər. Daha sonra elə həmin mövzu ilə bağlı müraciət etmiş Milli Şuraya icazə verdilər. Bunu hakimiyyət hansı standartla ölçür, onu bilmirik. İndi desəm ki kimisə gündəmə gətirmək və ya kimisə gündəmdən salmaq hakimiyyətə sərf edir, bu, düzgün anlaşılmayacaq. Bu məsələni hakimiyyət tərəfi bilər. Buna görə müxalifəti ittiham etmək ədalətli olmazdı. Təbii ki, hakimiyyət özünün ziyanına olan hər hansısa şeyə razılıq verməz. Bu fikirləri mitinqin mövzusuna, mitinqin keçirilməsinə kölgə salmaq üçün demirəm. Hakimiyyət bəlkə də müxalifət daxilində intriqanı artırmaq üçün Müsavata icazə verməyib, lakin Milli Şuraya icazə verib. Bunun özü də siyasət ola bilər. Ya heç kimə icazə verilməməlidir, ya da hamıya icazə verilməlidir. Bəzən birinə icazə verməyib, digərinə icazə vermək hər hansısa variantların üzərində düşünməyə əsas verir”. //yenicag.az
"Milli Şuraya icazə verdilər, bizə yox" - Tural Abbaslı