Almaniya kansleri Angela Merkel hökumət təyyarəsində texniki nöqsan səbəbindən G20 sammitində iştirak etmək üçün Argentinaya uçuşunu yarımçıq saxlayıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı DPA məlumat yayıb.
Onun göyərtəsində olduğu təyyarə Niderland üzərindən uçan zaman heyət üzvləri hava gəmisini Almaniyaya qaytarmaq qərarına gəliblər.
Kanslerin uçuşu cəmi 1 saat çəkib. “Konrad Adenauer” təyyarəsi Kölndə uğurla eniş edib. Orada Merkel digər laynerə minəcək.
Merkel Argentinaya uçuşunu yarımçıq saxlayıb – Təyyarəsinin nasazlığına görə