Bu gün, martın 29-da Ukrayna rəhbərliyi Mariupoldakı "Azovstal" zavodunda qalan mülki vətəndaşları şəhəri müdafiə edən döyüşçülərlə birlikdə təxliyə etməyə ümid edir.
Suveren.azxəbər verir ki, bu barədə “Reuters” Ukrayna prezidentinin ofisindəki mənbələrə istinadən məlumat yayıb.
"Bu gün mülki şəxslərin zavoddan çıxarılması üçün əməliyyat planlaşdırılır", - məlumatda deyilir.
Digər təfərrüatlar açıqlanmır.
Xatırladaq ki, aprelin 26-da BMT-nin baş katibi Antonio Quterreş Moskvada Putinlə görüşüb. Bu görüş sonrası o, bildirib ki, Moskva “Azovstal”dan insanların evakuasiyasına beynəlxalq təşkilatların cəlb olunmasına razılıq verib.
Ertəsi gün Kreml bu məlumatı təkzib etdi. Putinin mətbuat katibi Dmitri Peskov Kremldə keçirdiyi brifinqdə dedi ki, Rusiyanın “Azovstal” zavodunda qalan insanların çıxarılması üçün BMT ilə konkret razılaşması yoxdur.
Bir gün əvvəl Quterreş Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək üçün Kiyevə gəlib. Onun ardınca Ukrayna prezidenti Mariupoldan təxliyənin BMT-nin köməyi ilə mümkün olduğunu bildirib.
“Mariupolda mühasirədə qalan mülki şəxslər və döyüşçülər bu gün təxliyyə ediləcək” – “Reuters”
Bu gün, martın 29-da Ukrayna rəhbərliyi Mariupoldakı "Azovstal" zavodunda qalan mülki vətəndaşları şəhəri müdafiə edən döyüşçülərlə birlikdə təxliyə etməyə ümid edir.
Suveren.az xəbər verir ki, bu barədə “Reuters” Ukrayna prezidentinin ofisindəki mənbələrə istinadən məlumat yayıb.
"Bu gün mülki şəxslərin zavoddan çıxarılması üçün əməliyyat planlaşdırılır", - məlumatda deyilir.
Digər təfərrüatlar açıqlanmır.
Xatırladaq ki, aprelin 26-da BMT-nin baş katibi Antonio Quterreş Moskvada Putinlə görüşüb. Bu görüş sonrası o, bildirib ki, Moskva “Azovstal”dan insanların evakuasiyasına beynəlxalq təşkilatların cəlb olunmasına razılıq verib.
Ertəsi gün Kreml bu məlumatı təkzib etdi. Putinin mətbuat katibi Dmitri Peskov Kremldə keçirdiyi brifinqdə dedi ki, Rusiyanın “Azovstal” zavodunda qalan insanların çıxarılması üçün BMT ilə konkret razılaşması yoxdur.
Bir gün əvvəl Quterreş Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək üçün Kiyevə gəlib. Onun ardınca Ukrayna prezidenti Mariupoldan təxliyənin BMT-nin köməyi ilə mümkün olduğunu bildirib.
Bölmənin xəbərləri