Maqnitoqorskda uçulmuş binanın dağıntılarının altından faciənin 31-ci qurbanının cəsədi çıxarılıb.
Daha 10 nəfərin taleyi naməlum olaraq qalır.
***16:32
Rusiyanın Magnitogorsk şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb.
"Report"un məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
21 nəfərin taleyi isə məlum deyil.
Qeyd edək ki, evin dağıntıları altında 5 uşaq qalır.
***09:40
Rusiyanın Magnitogorsk şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.
"Report" TASS-a istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi tərəfindən Çelyabinsk vilayətində yaradılan operativ qərargah məlumat yayıb.
Dağıntılar altından 11 meyit çıxarılıb. 30-dan çox insanın taleyi hələ də məlum deyil.
Qeyd edək ki, ötən il dekabrın 31-də Magnitogorsk şəhərində çoxmərtəbəli yaşayış binasının blokunda qaz sızmasından partlayış baş verib. Nəticədə 120 nəfərin yaşadığı bina çöküb. Hadisə yerinə Rusiyanın Prezidenti Vladimir Putin baş çəkib.
Maqnitoqorskdakı faciədə ölənlərin sayı 31-ə çatıb - YENİLƏNİB