Maqnitoqorskda binanın dağılma səbəbii terror aktıdırmı? - İddialar

04/01/2019 - 17:06 10 735 0   0  

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində onlarla insanın həlak olduğu təsdiqlənir. Dağıntılar içində hələ ki 38 cəsəd çıxarılıb.

Rusiya mediası isə artıq hadisənin terror aktı ola biləcəy versiyasını daha ucadan səsləndirməyə başlayıb.

Bu xəbərlərə hətta Çelyabinsk vilayətinin qubernatoru Boris Dubrovski də reaksiya verməyə məcbur olub.

O, mətbuatın iddia etdiyi kimi, Maqnitoqorkdakı yaşayış binasındakı partlayışla eyni vaxtda qaz balonları ilə yüklənmiş maşının partlaması arasında əlaqənin olmadığını bildirib.

“Təhqiqat orqanlarının şərhlərini gözləyin. Şayiələr yaymayın. Bu yalnız üzdən bir-biri ilə əlaqəli görünən hadisələrdir”, - deyə qubernator mətbuat nümayəndələrinə səslənib.

Həmin hadisələrin bir-biri ilə bağlı olması haqqında ilk xəbər Çelyabinskin “Znak.com” və “74.ru” adlı onlayn qəzetlərində çıxıb.

Adı çəkilən saytlar yanvaırn 1-də adı çəkilməyən mənbəyə istinadən həmin qaz balonları ilə dolu olan maşında 3 terrorçunun olduğunu, onların əslində Maqnitoqorskun ticarət mərkəzlərindən birində terror aktı törətmək istədiyini yazıb.

Znak.com, ümumiyyətlə, binanın partlamasını terror aktı hesab etdiyini, şəhərin mərkəzindəki marşrut avtobusunun isə şübhəlilərin tutulması ilə bağlı keçirilən əməliyyat zamanı partladığını yazıb.

Gələn xəbərlərdə Rusiyanın İstintaq Komitəsinin artıq bütün versiyaları gözdən keçirdiyi bildirilir. Bununla əlaqədar İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko sədr Alekdsandr Bastrıkinin Maqnitoqorska gedərək hadisəni araşdıran qrupla şəxsən iclas keçirdiyini söyləyib. Petrenkonun sözlərinə görə, əsas versiya əvvəlki kimi partlayışın məişət zəminində baş verməsi üzərində qalmaqda davam edir.