Mağazadan partlayıcı vasitələr tapıldı

15/12/2018 - 20:38 7 933 0   0  

Bakıda mağazada külli miqdarda partlayıcı vasitələr aşkarlanıb.

DİN-dən verilən məlumata görə, Bakı ŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan 2362 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.