Mafiya lideri 22 il sonra xanımından boşandı

17/01/2019 - 22:28 10 582 0   0  

Mafiya lideri Kürşad Yılmaz 22 il əvvəl ailə qurduğu xanımından boşanıb.

Suveren.az teleqraf.com-a istinadən xəbər verir ki, mafiya liderinin xanımı Tulay Çətin Yılmaz uzun illər İstanbul polis idarəsində zabit işləyib.

Məlumata görə, məhkəmədə boşanma iddiasını mafiya liderinin polis zabiti olan xanımı qaldırıb.

Xatırladaq ki, Kürşad Yılmaz hazırda Bolu həbsxanasında saxlanılır. Onun xanımı isə uzun illər İstanbul polis idarəsində zabit kimi müxtəlif vəzifələr tutub.

İstanbul məhkəməsi boşanma haqqında iddianı təmin edib. İddianı qaldıran Tulay Çətin Yılmaz ərinə qarşı heç bir tələb irəli sürməyib.

Əlavə edək ki, Kürşad Yılmazın ilk böyük cinayəti 1992-ci ilin 31 dekabrında həyata keçirilib. 
O, kazinoda Osman Ayanoğlunu öldürüb. Adı bir sıra cinayətlərdə keçən mafiya lideri hətta həbsxanadan qaça bilib. Ancaq sonradan həbs edilib və hazırda Bolu həbsxanasında saxlanılır.