Macarıstanın Ülkücü lideri Gabor Vona; Turandan Başqa Alternativimiz Yoxdur

19/07/2020 - 23:25 5 032 1   0  

Macarıstanın Ülkücü partiyası və parlamentin ikinci partiyası olan JOBBİK Partiyası sədri Gabor Vona sosyial media hesablarından türkçə paylaşdığı mesajında, "Turan idealımızı inkişaf etdirməkdən başqa şansımız olmadığını" dedi. Suveren.az bu barədə "Diplomasiturk"ə istinadla bildirir. 

JOBBİK partiyası lideri Gabor Vonanın açıqlamaları:

"Turançılıq indiyə qədər əsasən keçmişi və ortaq kökənləri xatırlamaqdan, adət-ənənləri qorumaqdan ibarət idi, ama mənim üçün Turançılıq çok daha böyük şeydir. 21-ci əsrdə multikulturalizm ilə ‘tayfabazlıq’ arasında bitmək bilməyən bir mübarizəyə şahid oluruq. Amma yalnız bu iki seçim var? Yoxsa başqa bir alternatvimiz də var? Məncə var. Bu da məişət mədəniyyəti və intellektual köçərilikdir. Bunun tam olaraq nə demək olduğuna məncə Turançılıq cavab verə bilər. Mən Turançılığın keçmişimiz olduğu qədər gələcəyimiz olduğuna da inanıram.Turançılığı bu düşüncəni paylaşanlar üçün yaratdıq. Sən də bizimlə ol".

Suveren.az