“Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovun seksist olduğu üzə çıxdı

11/12/2018 - 18:20 11 377 0   0  

“Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov gələcəkdə onun yerinə hər hansı qadının gəlməsini qeyri-mümkün hesab etdiyini bildirib.

Virtualaz.org “Bloomberg TV”yə istinadən xəbər verir ki, Ələkbərovun sözlərinə görə, öz davamçıları kimi yalnız kişiləri nəzərdən keçirir, çünki bu potensiala sahib olan heç bir qadın onun nəzərində yoxdur.
Ələkbərov hesab edir ki, bunun səbəbi neft sahəsinin xarakteri daha çox kişilərə uyğundur. “Təəssüf ki. sahəmiz ümumilikdə heç vaxt qadın mütəxəssis yetişdirməyib. Həmişə kişilər hazırlanıb”, - o deyib.
Lakin “Lukoil” şirkətinin başçısı istisna etməyib ki, gələcəkdə vəziyyət dəyişə bilər. Onun sözlərinə əsasən, şirkət universitetlərlə sıx əməkdaşlıq edir və idarəetmə strukturlarında işləmək üçün potensial namizədlər arasında dörd qadın var.
Daha öncə Ələkbərov bildirmişdi ki, təxminən beş ildən sonra şirkət rəhbərliyində dəyişikliklər baş verə bilər.