Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Ermənistan prezidenti Armen Sarkisyanla görüşdə dolayısı ilə İrəvan daxilindəki siyasi mübarizəni ifşa etdi.
Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyanla telefonda danışdığını, Paşinyanın prezident Armen Sarkisyana salam dediyini açıqladı.
“Mən ona dedim ki, biz onu (Armen Sarkisyanı - red.) Ermənistana getməsi üçün tələsdirmirik, həm də o, burada Ermənistan üçün lazımlı işlərlə məşğuldur”, - Lukaşenko qeyd etdi.
Ardınca üzünü Armen Sarkisyana tutaraq, “Siz həqiqətən, tələsmirsiniz. Baxın, sənaye, kənd təsərrüfatı ilə öz iqtisadiyyatınız nöqteyi-nəzərindən maraqlanın. Siz ağıllı, təhsilli, təcrübəli insansınız, bilirsiniz ki, maraqlanmaq Ermənistan üçün faydalı və əhəmiyyətlidir”.
Lukaşenko Belarus-Ermənistan əlaqələrinə də toxunub və qeyd edib ki, “Erməni dostlarımız Belarusa sərmayə qoyurlar, buna görə onlara təşəkkür edirəm. Amma bir şərtim var, dostluq başqa, dövlət başqa…”.
Belarus prezidentinin Sarkisyana dedikləri, xüsusilə, “Paşinyan sizə salam deyir” ifadəsinin altında incə məqam aydın görünür.
Ermənistanda baş nazirlə prezident arasında əsəblər tarıma çəkilib. Artıq uzun müddətdir Paşinyanın keçmiş hakimiyyətin dövründən qalmış prezidenti “köhnəlmiş” hesab etdiyi haqqında informasiyalar var. Xüsusilə Ermənistanda konstitusiya islahatlarının gündəmə gəlməsi baş nazir-prezident qarşıdurmasını gücləndirib. Çünki yeni konstitusiya Armen Sarkisyanın prezident vəzifəsini itirməsi ilə nəticələnə bilər. Lakin məhkəmə islahatlarını həyata keçirmək istəyən Paşinyan üçün konstitusiyanı dəyişdirmədən bunu etmək mümkün deyil.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) baş katib postuna görə Paşinyanla münasibətləri korlanan Lukaşenko Minskdə Sarkisyana “Paşinyan sizə salam deyir” sözləri ilə “İrəvanın daxilindəki çatlardan xəbərim var” mesajını verir. O cümlədən, Armen Sarkisyanı “ağıllı, təhsilli, təcrübəli” adlandırmaqla Paşinyana bu daxili mübarizədə kimin tərəfində olduğunu nümayiş etdirir. Nəzərə alsaq ki, Lukaşenko “Putin ittifaqlarının” əsas sütünlarındandır, hesab etmək olar ki, o, bununla həm də Ermənistanda “Qərb agenti” kimi gizlənən Paşinyana avrasiyaçıların mesajını çatdırmış oldu./publika.az/
Lukaşenko Sarkisyanı Minskə çağırdı, Paşinyana zəng etdi və... - İrəvan İFŞA OLUNDU

Bölmənin xəbərləri