Liviya ABŞ və AB-ni Rusiyanı cəzalandırmağa çağırdı

28/06/2020 - 18:57 5 305 0   0  

Liviyanın BMT daimi nümayəndəliyi ABŞ və Avropa Birliyinə rus muzdlulara və Şimali Afrika ölkəsindəki münaqişəyə müdaxilə edən ölkələrə qarşı sanksiyalar tətbiq edilməsinə çağırıblar.

Suveren.az bu barədə Al-Jazeera-ya istinadla bildirir. Liviya Milli Neft Korporasiyasının bildirdiyinə görə, rus muzdluları və digər xarici muzdlular cümə günü Sharara neft yatağını ələ keçiriblər. “BMT TŞ Haftar/Vaqner muzdlularına qarşı sanksiya tətbiq etmədiyi üçün, ABŞ/AB tədbirlər görməli, onların və onları maliyyələşdirənlərin aktivlərini dondurmalıdır”, deyə Taher əl-Sonni şənbə günü Twitterdən yazaraq bəyan etdi. Cümə günü, Milli Neft Korporasiyası bildirdi ki, rus və digər muzdlu döyüşçülər maşın konvoyu ilə Sharara neft yatağının ərazisinə daxil oldular və yataq ərazisindəki təhlükəsizliyi təmin etmək üçün qurulan Neft Təsisatlarının Muhafizə birliyinin təmsilçiləri ilə görüşmüşlər. Liviyadakı ABŞ səfirliyi neft yataqlarının Vaqner muzdlu rus ordusu tərəfindən işğal olunmasını pisləyib və onların hərəkətini “Liviya enerji sektorunu darmadağın etmək üçün misli görülməmiş xaricdən dəstək xaricdən dəstək kampaniyası”nın bir hissəsi kimi qınadı. Kreml muzdlu döyüşçü istifadə etdiyini təkzib edib.