Livan şirkəti separatçı rejimlə Kəlbəcərdə “Sidney” şəhərciyi tikmək üçün müqavilə bağladı- FOTOLAR

20/03/2019 - 21:07 16 345 0   0  
Göründüyü kimi, arxadakı tabloda "Karvajar "Sidney" yazılıb...
Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejiminin “dövlət naziri” sayılan Qriqori Martirosyan ad-soyadlı adamabənzər məxluq Livana səfər edib.   
Xankəndindəki separatçı saytların yaydığı məlumata görə, Livan dövlətində qeydiyyatdan keçərək yaradılmış  “ARİ”(“Artsax Rut İnvestment”) şirkətinin rəhbəri Suren Sərkisyanla işğal altındakı Kəlbəcər şəhəri yaxınlığında “Sidney” şəhərciyinin tikilməsi ilə bağlı müqavilə imzalayıb. Müqaviləyə əsasən ilkin mərhələdə 15 ev tikiləcək. Daha sonra evlərin sayı mərhələ-mərhələ artırılacaq.  
Xatırladaq ki,  Livanın sözügedən şirkəti  Azərbaycanın işğal altındakı Laçın rayonunun Zabux kəndi ərazisində- Həkəri çayının sahilində 150 ev tikilməsi nəzərdə tutulan yeni “Ariavan” qəsəbəsindəki 50 müasir standartlara uyğun evi 2017-ci ildə  tikib istifadəyə verib. 

P.S. Göründüyü kimi, Azərbaycanın tələblərinin əksinə olaraq işğalçı Ermənistan və qondarma rejim işğal altındakı torpaqlarımızda mümkün qanunsuz məskunlaşma tədbirlərini həyata keçirir. Və bunun qarşısını danışıq, görüş, bəyanat-filanla, ATƏT-lə, AŞ-la, ABŞ-la almaq mümkün olmayacaq…

 
Sultan Laçın