Bəzi iddialara görə, Azərbaycandakı araşdırmalar iş üzrə korrupsiyaya bulaşmış məmurların ABŞ istintaqçıları ilə üz-üzə qalmalarını əngəlləməyə hesablanıb
ABŞ-da başlanmış və Bakı Şəhər İcra Hakimiyyətinin(BŞİH) “Lifttəmir” İstehsalat Birliyinin adı keçən korrupsiya araşdırmaları davam edir. ABŞ-ın Xarici Korrupsiyaya qarşı Mübarizə Aktının pozulması ilə müşayiət olunan korrupsiya cinayətinin üstü açılandan sonra Azərbaycanda da müvafiq araşdırmalar başlanıb. Bəzi iddialara görə, Azərbaycandakı araşdırmalar iş üzrə korrupsiyaya bulaşmış məmurların ABŞ istintaqçıları ilə üz-üzə qalmalarının qarşısını almağa hesablanıb.
Xüsusilə Qüdrət Şükürovun tutularaq ABŞ-a aparılmasına qarşı addım kimi dəyərləndirilir. Bu iddiaların nə dərəcədə doğru olduğunu söyləmək hələ tezdir. Araşdırma sənədlərində “Liftremont” kimi keçən qurumun rəhbər şəxslərinin “pulyuma” sxemləri haqda məlumatlar yer alır. Okeanın o tayında araşdırma başlanandan sonra baş prokuror Zakir Qaralovun təqdimatı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Eldar Əzizov “baş liftçi” Qüdrət Şükürovu işdən qovub.
Qüdrət Şükürov ABŞ-da başlanan korrupsiya araşdırmalarının ardından istintaqa cəlb edilib, Baş Prokurorluğun istintaq qrupu “Lifttəmir” İstehsalat Birliyində müvafiq yoxlamalara başlayıb. İstehsalat Birliyində yol verilmiş qanun pozuntuları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Belə məlumatlar var ki, Qüdrət Şükürov hər gün nəzarət altında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə aparılaraq sorğu-sual edilir. Onun əmlaklarının, çoxsaylı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulub. Məlumata görə, Qüdrət Şükürovun Ali Məhkəmə binası yaxınlığında yerləşən “Womans Secrets” qadın hamam kompleksini, Mərdəkandakı bağ evləri, Bakıdakı çoxsaylı mənzilləri, Almaniyada xüsusi sifarişlə yığılmış, 450 min avroya başa gəlmiş “Mercedes S klass” son model avtomobili, “Range Rover”, “Mercedes Qalenvaqen”, “Lexsus” markalı maşınları siyahıya alınıb. İstanbulda, Dubayda dəyəri milyonlarla ölçülən varidatının müəyyən edilməsi üçün də sorğular verilib.
Qüdrət Şükürovun ifadə verərək korrupsiya əməllərinə təkbaşına imza atmadığını və ona dəstək verən məmurların adlarını çəkdiyi də bildirilir. Belə iddialar var ki, “baş lift”çi həbsə getməmək üçün hər kəsin adını istintaqa verib və korrupsiya sxeminin detallarını açıqlayıb. Onun tonlarla lift trostlarının alışı haqda saxta müqavilələr bağladığı, faktiki isə həmin trostların alınmadığı üzə çıxıb.
Qüdrət Şükürovun mal-mülklərinin, bank hesablarındakı vəsaitlərin bir hissəsinin müxtəlif şəxslərin adına keçirməsi haqda da xəbərlər vardı. “Yeni Müsavat” ötən saylarında bu haqda xəbər vermişdi. Redaksiyamıza daxil olan xəbərlərdə deyilirdi ki, Qüdrət Şükürov mal-mülklərini Azərbaycan vətəndaşları İlqar, Aynur, Xuraman, Gumaş Ramazanovların adına keçirib. Böyük məbləğdə vəsaitlər, Bakıdakı çoxsaylı mənzillər, bağ evləri, bahalı nəqliyyat vasitələri Qüdrət Şükürov işdən qovulandan bir neçə ay əvvəl Ramazanovların adına rəsmiləşdirilib.
Bu iddianın ortada olması onu deməyə əsas verir ki, Qüdrət Şükürov vəzifədən çıxarıla biləcəyini, müvafiq olaraq istintaqa cəlb olunma ehtimalını göz altına alıbmış. Və ya mümkündür ki, Qüdrət Şükürov əmlakının izinin itirilməsinə adı ABŞ-ın Xarici Korrupsiyaya qarşı Mübarizə Aktının pozulması ilə müşayiət olunan korrupsiya cinayətinə qarışandan sonra başlayıb. Tələsik adındakı mal-mülkü başqalarının adına keçirməklə əlindən çıxmasını önləməyə çalışıb.
Yada salaq ki, 2018-ci il sentyabrın 15-də ABŞ-ın Qiymətli Kağızlar Komitəsi (SEC) “United Technologies Corporation” şirkətini 13 milyon 400 min dollar cərimələyib. Buna səbəb şirkətin törəmə müəssisəsi olan “Otis Elevator Co.” lift istehsalı şirkəti tərəfindən Bakı Lift-Təmir İstehsalat Birliyinə (SEC-in sənədlərində bu müəssisənin adı “Liftremont” kimi gedir) rüşvət verilməsidir. Bundan sonra Qüdrət Şükürovun keçmiş qudası, Azərbaycan vətəndaşı Rəfael Əsgərov bir neçə dövlət qurumu ilə yanaşı ABŞ-ın ölkəmizdəki səfirliyinə də müraciət ünvanlayıb.
O, müraciətində olduqca ilginc məqamlara toxunub, bu qalmaqallı korrupsiya cinayətinin hərtərəfli araşdırılması üçün ifadə verməyə hazır olduğunu bəyan edib. Onun müraciətlərindən biri də baş prokuror Zakir Qaralovun adına yazılmışdı. Yada salaq ki, SEC-in saytında yer alan məlumatda bildirilir ki, “Otis Elevator Co.” Bakının dövlət balansında olan binaları liftlə təchiz etmək üçün Bakı Lift-Təmir İstehsalat Birliyinin məmurlarını rüşvətlə ələ alıb. SEC şirkətə qarşı təhqiqatı daxili administrativ sərəncam çərçivəsində aparıb və işin məhkəməyə göndərilməməsi üçün “United Technologies Corporation”a cərimə ödəməyi təklif edib. Şirkət təkliflə razılaşıb və 13 milyon 900 min dolları dövlətə ödəyib. Bununla da korrupsiya sxemini üzə çıxaran təhqiqatın nəticələrini qəbul etmiş olub.
SEC-in məlumatında qeyd edilir ki, 2012-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti şəhərin ictimai yaşayış binalarının yeni liftlərlə təchiz edilməsinə dair tender elan edib. “Otis Elevator Co.” bu tenderi udmaq üçün Bakı Lift Təmir İstehsalat Birliyinin rəhbərliyinə rüşvət verməyə razılaşıb. Rüşvətin verilməsi və liftlərin alınması üçün kağız üzərində subpodratçı şirkətlər və vasitəçilər üzərindən qurulmuş sxemdən istifadə olunub. İlk sxem 2012-ci ilin martında “Otis Rusiya” şirkəti tərəfindən liftlərin Bakı Lift-Təmir İstehsalat Birliyinə birbaşa satışı ilə bağlı olub. Bu sövdələşmənin həcmi 1.8 milyon dollar olub və məbləğin az qala yarısını “şapka” kimi İstehsalat Birliyinin rəhbərliyinə ötürüblər. Hazırda araşdırmalar davam edir.
“Bakılifttəmir”dəki korrupsiya cinayətlərinin araşdırılması, Qüdrət Şükürovun əmlaklarını adlarına dövr etdiyi Azərbaycan vətəndaşları İlqar, Aynur, Xuraman, Gumaş Ramazanovların istintaqa cəlb olunub-olunmamalarını öyrənmək üçün Baş Prokurorluğun mətbuat xidmətinə sorğu ilə müraciət etmişik. Sorğuya veriləcək cavabı da “Yeni Müsavat” oxucularına təqdim edəcəyik.
“Lifttəmir”də korrupsiya işi - Qüdrət Şükürovun ilginc xilas planı

Bölmənin xəbərləri