“İşdən çıxarıb, çıxarıblar da... Burda nə var ki?”
“İşdən çıxarıb, çıxarıblar da... Burda nə var ki? Bu haqda sosial şəbəkələrdə yazıblar”.
Bu sözləri “Yeni Müsavat”a sabiq baş prokuror Əli Ömərov qardaşı Dilqəm Alıyevin Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini vəzifəsindən çıxarılması haqda deyib.
İşində verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilən D.Alıyev barəsində geniş danışmaq istəməyən Ə.Ömərov suallarımızı cavablandırmaq istəmədi.
Keçmiş baş prokuror parlament seçkilərində iştirak planı, xaricdəki müxaliflərin iqtidara qarşı kampaniyası, müxalifət düşərgəsindəki canlanma haqda verdiyimiz suallara da cavab verməkdən imtina elədi: “Dedim danışmaq istəmirəm də, ee... mənə belə suallar verməyin”.
Onu da deyək ki, Ə.Ömərovun digər qardaşı Zakir Əliyev Milli Şura üzvü idi və sonra birliyin taktika və strategiyasını baxışlarına uyğun saymadığı üçün istefa vermişdi.
Onun oğlunun isə Fövqəladə Hallar Nazirliyində işlə təmin olunduğu xəbərləri var idi. O zaman da “Yeni Müsavat”ın əməkdaşının sualını əsəbi cavablandırmışdı:
“Mənim oğlumun işi, dərdi qalıb sizə? Neynirsən mənim oğlumun işi düzəlib-düzəlməyib?”
Sonra müxbir Ə.Ömərovdan axır ki, istədiyi cavabı ala bilmişdi: “Mənim oğlum gömrükdə işləmir, yanğında işləyir, mayordur”. Bir müddət sonra onun da işdən çıxarıldığı məlumatı yayılmışdı.
Ə.Ömərov 3 iyul 1993-cü ildə Azərbaycanın Baş Prokuroru vəzifəsinə təyin olunub. 8 oktyabr 1994-cü ildə öz ərizəsi ilə vəzifəsindən vaxtından əvvəl azad olunub.
Əli Ömərov qardaşının vəzifədən çıxarılmasından danışdı