“İyunun 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankaraya səfər edəcək”.
Suveren.azxəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, S.Lavrov türkiyəli həmkarı ilə görüşəcək və görüşdə ikitərəfli münasibətlər, Qərbin Rusiyaya qarşı sanksiyaları kontekstində iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq.
M.Zaxarova qeyd edib ki, danışıqlarda regional və beynəlxalq gündəmdə olan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq: “İlk növbədə Ukraynadakı mövcud vəziyyət, o cümlədən Suriya, Liviya, Qarabağ, Balkanlar, Mərkəzi Asiya və Əfqanıstandakı nizamlanma məsələsi müzakirə olunacaq”.
Lavrov və Çavuşoğlu Qarabağdakı vəziyyəti müzakirə edəcəklər - RƏSMİ
“İyunun 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankaraya səfər edəcək”.
Suveren.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, S.Lavrov türkiyəli həmkarı ilə görüşəcək və görüşdə ikitərəfli münasibətlər, Qərbin Rusiyaya qarşı sanksiyaları kontekstində iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq.
M.Zaxarova qeyd edib ki, danışıqlarda regional və beynəlxalq gündəmdə olan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq: “İlk növbədə Ukraynadakı mövcud vəziyyət, o cümlədən Suriya, Liviya, Qarabağ, Balkanlar, Mərkəzi Asiya və Əfqanıstandakı nizamlanma məsələsi müzakirə olunacaq”.
Suveren.az
Bölmənin xəbərləri