Lavrov Azərbaycanı necə aldadır və nəyə tələsir? - TƏHLİL

11/05/2020 - 12:08 14 299 1   1  

Koronavirus epidemiyası dünyanın əksər siyasətçiləri üçün sürpriz oldu. Xüsusən də, xarici ərazilərin ələ keçirilməsi hesabına tarixi miflərə söykənən "böyük" dövlət qurmaq fikrinə qapılanlar üçün. Bu, ilk növbədə, hələ də Azərbaycanın 20% -ni işğal altında saxlayan və bu ərazilərin işğalına son qoymaq tələb olunan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək niyyətində olmayan Ermənistana aiddir.

Ermənistan ordusunun döyüş səmərəliliyi, 2016-cı ilin aprel hadisələrinin göstərdiyi kimi, zəif olduğu üçün, ABŞ və Rusiyadakı güclü erməni lobbisi işğalın bitməsi prosesini dondurmaq üçün hər şeyi edir.

Üstəlik, bu müddət üçün yol xəritəsi çoxdan hazırlanmışdır. Bura əsasən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda yerləşən Azərbaycan ərazilərinin işğalına son qoyulması daxildir və bunlar yeddi inzibati rayondur. Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı prinsipi daxilində, Dağlıq Qarabağın özünün hələ ki, təxirə salınmış statusu.

Əksər beynəlxalq analitiklərin fikrincə, gec-tez işğaldan azad olunma prosesi başlamalıdır, lakin erməni tərəfi hər yolla sövdələşir, işğala son qoyulmasını gecikdirməyə və işğaldan azad olunacaq rayonların sayını azaltmağa çalışır. Kazanda son vaxtlar əldə olunan razılaşmalar ilk mərhələdə Dağlıq Qarabağ ətrafındakı ən azı 5 inzibati rayonun işğaldan azad olunmasını nəzərdə tutur.

Bu razılaşmalar haqda yaxın vaxtlarda etnik erməni olduğu üçün işğala son qoyulması prosesinə əlindən gəldiyi qədər mane olan Rusiya Xarici İşlər naziri Sergey Lavrov-Kalantarov tərəfindən ləngidildi. Ancaq indi görünür ki, onun özü prosesi de-okkupasiyaya doğru "itələməyə" başlayır.

21 aprel 2020-ci ildə, A. Qorçakov adına İctimai Diplomatiya Fondunun təşkil etdiyi onlayn dəyirmi masa zamanı Sergey Lavrov Qarabağ münaqişəsini şərh etdi və onun mərhələli həllini təklif edən sənədlərin olduğunu bildirdi:

“Madrid prinsipləri var, Rusiya Federasiyası tərəfindən 2010-2011-ci illərdə hazırlanan Kazan sənədləri var. Moskvada Rusiya, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin keçən ilin aprel ayında həmsədrlərin iştirakı ilə keçirilən iclasında paylanmış layihələr var və indi də aktiv şəkildə müzakirə olunur ", deyə KİV-lər ondan sitat gətirir.

Lavrov-Kalantarov qeyd etdi ki, bu sənədlər "ilk mərhələdə ən aktual problemlərin həllini, Dağlıq Qarabağ ətrafındakı bir sıra ərazilərin azad olunmasını və nəqliyyat, iqtisadi və digər kommunikasiyaların açılmasını nəzərdə tutaraq mərhələli yanaşmaya əsaslanan həll yolunu nəzərdə tutur".

Məsələ nədir? Rusiya xarici işlər naziri niyə son vaxtlara qədər özünün ləngitdiyi Qarabağ münaqişəsinin həlli barədə xatırlatdı?

Ondan başlayaq ki, Rusiyadakı Ermənistanın “ali eşalonu” hazırda Rusiyanın bundan sonra da öz  ərazilərindən kənarda özünün və müttəfiqlərinin maraqlarını qoruya biləcəyindən əmin deyil.

Neftin qiymətinin kəskin aşağı düşməsi Rusiya iqtisadiyyatını çökmə həddinə gətirdi. Rusiyanın baş naziri Mixail Mişustin başçılığı ilə erməni lobbisinin təşəbbüsü ilə “rəqəmsallaşma” və “özünü təcrid rejimi” ilə səciyyələnən karantin tədbirlərində regional özünü idarəetmə əslində Rusiyanın süqutunun qaçılmaz prosesini başlatdı.

Əlbəttə, Kalantarov, Mişustin və Rusiya Federasiyasındakı erməni "beşinci kolon"unun digər nümayəndələri, hətta Rusiya dövlətçiliyinin süqutu durumunda da "qənimətsiz" qalmayacaqlar. Onlar ”yeni erməni dövlətçiliyi”ndən ötrü özləri və həmqəbilələri üçün “yeni ərazilər” gözaltı ediblər. Öz təbii resurslarına görə, bu ərazilər Ermənistan respublikasının yerləşdiyi ərazilərdən daha cəlbedicidir.

Söhbət erməni icmasının tamamilə hakim olduğu Rusiyanın Krasnodar diyarı və işğal olunmuş Gürcüstan Abxaziyasından gedir. Rusiyanın süqutu Qara dəniz sahilində "yeni Ermənistan" ın yaradılmasını yalnız tezləşdirəcək. Ancaq eyni zamanda, Qarabağ ətrafındakı münaqişə şiddətlənərsə, bu Rusiyanın Ermənistan Federasiyasına hərbi yardımını praktiki olaraq qeyri-mümkün edəcək.

Buna görə bu gün Rusiyadakı erməni lobbisi hər şeyi edir ki, Azərbaycan Qarabağ münaqişəsinin "dinc yolla həlli illuziyasına" aldanıb, Rusiyanın mümkün geosiyasi süqutundan yararlanmasın və işğal olunmuş əraziləri hərbi güclə azad etməsin.

Çox güman ki, erməni Lavrov buna görə çox yavaş-yavaş və sıfır sürətlə “ torpaqların işğala son qoyulması prosesinin müzakirəsinə” başlamaq qərarı verdi. Bununla birlikdə, bu prosesin müxtəlif parametrləri barədə razılığa gəldikləri müddətdə, danışıqlar aparılarkən ( əgər başlayarsa), vəziyyət dəyişə bilər.

İrəvan ümid edir ki, zamanla Qərbli erməni diasporu Qərbdən Ermənistana hərbi yardım üçün daha çox təminat verə biləcək. Bundan əlavə, erməni lobbisi böyük Rusiyanın xarabalıqlarında hakimiyyəti tamamilə ələ keçirə bilər və beləliklə də can verən Rusiyanın son qüvvələrini İrəvanın köməyinə ata bilər. Digər variantlar da mümkündür.

İndi Lavrov-Kalantarovun özü üçün, guya “torpaqların işğaldan azad edilməsi” vədləri altında əslində Ermənistanın heç olmasa qismən blokadadan azad edilməsi vacibdir. Çünki əks təqdirdə Ermənistan iqtisadiyyatını tam çöküş gözləyir. Əlbətdə ki, əslində nə Kalantarov, nə də İrəvan rejiminin işğala son qoymaq kimi istəyi yoxdur.

Üstəlik, Qarabağın real de-okkupasiyasının başlanması erməni lobbisi üçün arzuolunmaz presedent yarada bilər. Axı, Gürcüstan Abxaziyasının oxşar de-okkupasiyası məsələsi dərhal yaranacaq. Bax buna erməni millətçiləri heç bir şərtlə imkan vermək istəmirlər.

Çox güman ki, bu "ağıllı" qəniməti - erməni millətçilərinin nəsillərinin xəyal etmədikləri Gürcüstan Abxaziyası torpaqlarını əldən verməkdənsə, Qarabağı və Ermənistanı qurban verərlər. İndiki Ermənistan Respublikasının və Dağlıq Qarabağın soyuq dağlıq ərazilərindən fərqli olaraq, Abxaziya dəniz sahilində və gözəl iqlimi olan yerdir və ən əsası buradakı ermənilər artıq özünü tamhüquqlu sahibi kimi hiss edirlər.

"Kavkazplus"

Tərcümə etdi: Ülviyyə Şükürova