"Kürdləri terroristlərin zülmündən xilas edəcəyik" - Ərdoğan

24/12/2018 - 20:23 15 430 0   0  

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpə Millət Konqresi və Mədəniyyət Mərkəzində "Əngəlli vətəndaşların və dövlət dəstəyindən faydalanmış gənclərin İctimai təşkilatlarda yerləşdirilməsi" mərasimində iştirak edib.

Suveren.az aznews.az-a istinadla xəbər verir ki, prezident çıxışında Suriyadakı son vəziyyəti qiymətləndirib.

R.T.Ərdoğan bildirib ki, “Suriya ərəblərini İŞİD –in əlinə buraxmadığımız kimi, Suriya kürdlərini də PKK / PYD zülmündə qoymayacağıq”.

Prezident əlavə edib ki, bu gün Suriyadakı zülmün tək səbəbi xalqın parçalanmasıdır: "İraq və Yəmən, Somali, Liviya üçün də eyni şeylər keçərlidir. Səbəbi öz içimizdə axtarmayınca vəziyyəti dəyişə bilmərik. Biz Suriyada niyə varıq? Kürdlərin, ərəb qardaşlarımızın azadlığının qaytarılması üçün. Bu günə qədər 300 minə yaxın suriyalı evinə qayıdıb. Onlar yalnız Türkiyənin etibarlı hala gətirdiyi bölgələrə yerləşiblər. Sincar da eyni şəkildə təhlükəsiz vəziyyətə gələcək. Suriyadakı problem ərəb, kürd və türkmən deyil, Suriyanın ərazi bütövlüyü məsələsidir”.