Koronavirusdan ölməyən mərhum niyə koronavirusdan vəfat etmiş kimi qeydə alınır?- Teymur Mustafayevin ailəsindən AÇIQLAMA

12/06/2020 - 13:54 6 643 1   2  

Ötən gün koronovirusdan vəfat etdiyi açıqlanan xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayevin ailəsi bildirir ki, mərhum sənətkar koronavirusdan ölməyib.
Suveren.az
Muxalifet.az-a istinadən xəbər verir ki, xalq artistinin nəvəsi Orxan Həsənli babasının koronovirusdan yox, şəkər xəstəliyindən dünyasını dəyişdiyini açıqlayıb:
“Mən Teymur Mustafayevin nəvəsiyəm. Babamın koronovirusdan öldüyü yalan məlumatdır. Babam şəkərli diabetdən dünyasını dəyişib. Başqa məlumatlara inanmayın”.
Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb.
T.Mustafayev bu gün doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında – həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.

P.S. Maraqlıdır, koronavirusdan vəfat etməyən mərhum niyə koronavirusdan vəfat etmiş kimi qeydə alınır? Statistika üçünmü, ya insanların canına qorxu salmaq üçünmü?