Koronavirus mutasiyaya uğradı: "İnsanları ağır şəkildə xəstə etmək" xüsusiyyəti azaldı

03/07/2020 - 19:38 6 979 0   3  

Yayınlanan bir araşdırmaya görə, yeni növ koronavirus uğradığı mutasya nəticəsində daha yoluxucu oldu. Ancaq "G614" olaraq adlandırılan bu yeni forma, insanları daha az xəstə edir. Bəzi araşdırmaçılar, bu mutasiyanın daha yaxşı xəbər ola biləcəyini bildirdi.

Suveren.az bu barədə "Yeni Akit"ə istinadla bildirir. Araşdırmaçılar, mutasiya nəticəsində ortaya çıxmış yeni növ koronavirus formasının Avropadan ABŞ-a yayıldığına dair sübutlar aşkar etdilər. Bu mutasiya ilə birlikdə virus daha yoluxucu şəkil alarkən insanları “ağır formada xəstə etmək” təsiri azaldı. “Cell” nəşrində yayınlanan araşdırma məruzəsinə görə mutasiya, virüsun yoluxduğu hüceyrələrə girmək üçün vasitə kimi buğda proteinini təsiri altına alır. Həmçinin bildirilir ki, G614 adlandırılan bu yeni mutasiya, bu gün Avropa və ABŞ-da yayılan ilk növ olan D614-ün yerini tamam tutmuş vəziyyətdədir.

Araşdırmanı həyata keçirən, Los Alamos Milli Laboratoriyasından bioloq Bette Korber və əməkdaşların hazırladıqları məruzədə bu ifadələr gözə çarpır: "Qlobal səviyyədə müşahidələrimiz nəticəsində, G614 variantının D614-dən daha sürətli yayıldığını göstərir. Bu virusun daha yoluxucu olacağı mənasına gəlmir. Qəribə bir şəkildə, G614-ün daha şiddətli xəstəlik yaratdığına dair bir sübut tapa bilmədik". İngiltərədəki Warwick universitetində tibbi onkologiya professoru olan Lawrence Youngun fikrincə bu yaxşı xəbər ola bilər. Young CNN-ə müsahibəsində, "Mövcud araşdırma, G614-ün daha yoluxucu olmasına baxmayaraq daha patogen və təhlükəli olmadığını göstərir" dedi. Young həmçinin, SARS-CoV-2 infeksiyası yayıldıqca virusun patogen təsirini itirdiyi barədə bir umid olduğunu da sözlərinə əlavə etdi.