Koçaryanın vəkili erməni jurnalistin sualına - Azərbaycanca cavab verdi

10/12/2018 - 16:11 9 625 0   0  

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın vəkili Ruben Saakyan Azadlıq radiosunun erməni bürosunun sualını Azərbaycanca cavablandırıb. 

Suveren.az xəbər verir ki, dekabrın 7-də Ermənistanın apellyasiya məhkəməsinin Robert Koçaryan barəsində həbs qətimkan tədbirini bərpa etməsi xəbərinin ardınca erməni jurnalist Saakyana sual ünvanlayıb və ondan Koçaryanın nə zaman həbs ediləcəyini soruşub. Vəkil cavab olaraq Azərbaycan dilində “bilmirəm” cavabını verib. Onun bu reaksiyası erməni KİV-i və sosial şəbəkələrində geniş müzakirələrə və kəskin tənqidlərə səbəb olub.